banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun əməkdaşları “Təməl Həyata Dəstək” təliminə cəlb edilib

loader

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna üz tutan turistlərin sağlamlığı ilə əlaqəli yarana biləcək təcili hallar zamanı ilkin tibbi yardım üsullarının öyrədilməsi məqsədilə TƏBİB tərəfindən Qoruğun əməkdaşlarına "Təməl Həyata Dəstək" təlimləri keçirilib.

Təlimlərin başlıca məqsədi xidmət sektoru əməkdaşlarının təcili tibbi yardım standartlarını bilməsi, bu standartları praktikada həyata keçirməsidir.

TƏBİB Akademiyasının rəhbəri Tural Xaspolad, uzman həkim Turan Tahirli və həkim Fəxriyyə Quliyevanın iştirakı ilə keçirilən təlimlərə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda müxtəlif vəzifələrdə çalışan əməkdaşlar cəlb edilib.

Təlimdə muzey baxıcıları və ekspozisiya şöbəsi, mühafizə və bələdçi xidmətləri də daxil olmaqla, ümumilikdə İdarənin 65 nəfər əməkdaşı iştirak edib.

Qeyd edək ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna üz tutan turistlər arasında özündəngetmə (huşsuz vəziyyət), nəfəs yollarına yad cisim düşməsi, günvurma, istivurma, qida zəhərlənməsi və s. kimi təcili tibbi yardım tələb edən vəziyyətlər zamanı göstərilməsi vacib olan ilkin tibbi yardım üsulları həm nəzəri, həm də praktiki olaraq təlim iştirakçılarına izah edilib.

İnteraktiv şəkildə davam edən təlim zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader