banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Anar Bayramov işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən tibb müəssisələrinə baxış keçirib

loader
Səfərin məqsədi işğaldan azad olunmuş ərazilərdə əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, pasiyentyönümlü səhiyyə xidmətlərinin əlçatanlığının artırılması, mövcud vəziyyətin qiymətləndirilməsi və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi olub.
 
İkigünlük səfərin ilk günündə Ağdərə rayonu ərazisində yerləşən Talış kənd Ailə Sağlamlıq Mərkəzi (ASM) və Suqovuşan həkim məntəqəsinə, Tərtər Rayon Mərkəzi Xəstəxanasına, Ağdam Rayon Mərkəzi Xəstəxanasının tabeliyində olan Kəngərli tibb məntəqəsi, Saraclı həkim məntəqəsi və Ağdam modul tipli xəstəxanasına baxış keçirilib.
 
Baxış zamanı tibb müəssisələrinin fəaliyyəti, infrastruktur imkanları, maddi-texniki təminatı, tibbi avadanlıqlarla təchizatı, kadr təminatı, vətəndaşlara göstərilən tibbi xidmətlərin təşkili, eləcə də iş prosesinin təkmilləşdirilməsi istiqamətində aidiyyəti şəxslərlə müzakirələr aparılıb.