banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

2026-cı ilin ilk 8 ayı ərzində əhaliyə 65 milyondan çox tibbi xidmət göstərilib

loader

2026-cı ilin ilk 8 ayı ərzində tibb müəssisələrinə ümumilikdə 17 466 652 müraciət qeydə alınıb və vətəndaşlara 65 269 059 milyon tibbi xidmət göstərilib.

Hesabat dövründə 246 572 cərrahi əməliyyat icra olunub. Gündəlik orta hesabla tibb müəssisələrinə 83 974 müraciət daxil olub.

Əhaliyə göstərilən tibbi xidmətlərin həcmində təcili tibbi yardım xidmətləri də mühüm paya sahibdir. Belə ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ölkə üzrə 2026-cı ilin ilk 8 ayı ərzində ümumilikdə 1 103 705 təcili tibbi yardım göstərilib.

Tibbi xidmətlərin əhali üçün daha əlçatan, keyfiyyətli və pasiyentyönümlü şəkildə təşkili istiqamətində TƏBİB tərəfindən tədbirlər davam etdirilir.

loader
loader
loader