banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Xocavənd rayonunda təcili tibbi yardım bölməsi istifadəyə verilib

loader

 

Qarabağın bərpası istiqamətində görülən işlər çərçivəsində işğaldan azad olunan ərazilərə qayıdan sakinlərin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi əsas prioritetlərdəndir.

Beyləqan rayonunda fəaliyyət göstərən Xocavənd təcili tibbi yardım bölməsi də artıq öz doğma ünvanında – Xocavənd rayonunda xidmət göstərməyə başlayıb.

Bölmə 24/7 rejimində fəaliyyət göstərir. Xidmətin operativliyinin təmin edilməsi məqsədilə bölmə 3 təcili tibbi yardım avtomobili ilə təchiz olunub. Bölmədə tibb və qeyri-tibb işçisi olmaqla 22 nəfər əməkdaş çalışır.

TƏBİB tərəfindən həyata keçirilən bu tədbirlər təcili tibbi yardım xidmətlərinin əlçatanlığının və operativliyinin artırılması, tibbi xidmətlərin vətəndaşlara daha çevik və səmərəli şəkildə göstərilməsi, eləcə də xidmət keyfiyyətinin davamlı olaraq yüksəldilməsi məqsədinə xidmət edir.

loader
loader
loader
loader