banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

TƏBİB ilə Britaniya-Azərbaycanlı Həkim və Stomatoloqlar Assosiasiyası (ABADD) arasında Əməkdaşlıq Memorandumu imzalanıb

loader

Tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və qabaqcıl tibbi yanaşmaların ölkəmizdə tətbiqinin təşviqi məqsədilə TƏBİB ilə Böyük Britaniyada fəaliyyət göstərən Britaniya-Azərbaycanlı Həkim və Stomatoloqlar Assosiasiyası (ABADD) arasında görüş keçirilib.

Görüşdə TƏBİB-in İcraçı direktoru Anar Bayramov və ABADD-ın Baş icraçı direktoru Fidan İsrafilbəyli iştirak edib.

Tibbi və akademik əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi, birgə təlim və konfransların təşkili, beynəlxalq ekspert dəstəyinin göstərilməsi və tibb işçilərinin peşəkar inkişafına yönəlmiş layihələrin həyata keçirilməsi məsələləri görüşün əsas müzakirə mövzuları olub.

Görüş çərçivəsində TƏBİB və ABADD arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi və gələcək birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə Əməkdaşlıq Memorandumu imzalanıb.

Əməkdaşlığın davamı olaraq, ABADD-ın Baş icraçı direktoru Fidan İsrafilbəylinin iştirakı ilə Yeni Klinikanın Mamalıq və ginekologiya şöbəsinin nümayəndələri arasında canlı konsiliumun keçirilməsi planlaşdırılır.

 

 

 

loader
loader
loader
loader