Tabeli tibb müəssisələrinin göndəriş altsistemi üzərindən göndərişlərin tənzimlənməsini həyata keçirmək
TƏBİB Tibbi sığorta departamentinin Tibbi göndərişlər şöbəsinə məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir
Şəhər
BakıSon müraciət
20.11.2024Görəcəyiniz işlər:
- Göndərişlərin verilməsinin düzgünlüyünün araşdırılması mexanizminə nəzarətin həyata keçirilməsində iştirak
- Göndərişlərin tətbiq edilməsinə dair prosedur və texniki qaydaların təkmilləşdirilməsində iştirak etmək, təkliflər vermək
- Tabeli tibb müəssisələrində göndərişlərə cavabdeh şəxslərlə qarşılıqlı əməkdaşlıq etmək, onların iş prosesinə nəzarət etmək, aşkarlanmış qüsurlar və yaranmış problemlərlə bağlı rəhbərliyə yazılı və şifahi hesabat vermək
- Fəaliyyət üzrə yerli və xarici ezamiyyə səfərlərində iştirak etmək, sahə üzrə beynəlxalq təcrübələri öyrənmək, yeniliklərin tətbiqi barədə təkliflər hazırlamaq
- Digər struktur bölmələrdən daxil olmuş sorğuların cavablandırılmasında iştirak etmək
- Göndərişlərlə bağlı daxil olmuş vətəndaş şikayətlərinin, müraciətlərinin araşdırılması, həll edilməsi və cavablandırılmasında iştirak etmək
Bizim üçün uyğun namizəd:
- Ali tibbi təhsil
- Sahə üzrə minimum 1 il iş təcrübəsi
- Dil bilikləri: Rus və ingilis dili – yaxşı
- Kompüter bilikləri: Microsoft Office – yaxşı
- Komandada işləmə bacarığı
- Məsuliyyətlilik
- İntizamlılıq
- Nəticəyönümlülük
- Planlama və təşkiletmə
Əlavə məlumatlar:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi
- İş vaxtı: 09:00 – 18:00
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik
hüquqi şəxsi (TƏBİB) təhlükəsizlik səbəbindən bu domenlərdən
məktub qəbul etmir:
yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com.
Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt
ünvanlarından göndərəsiniz.