banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

TƏBİB Maliyyə departamentinə məsləhətçi / aparıcı məsləhətçi / böyük məsləhətçi vəzifələri üzrə vakansiyalar elan edir

locationIconŞəhər
Bakı
timeIconSon müraciət
03.11.2024

Görəcəyiniz işlər:

  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsi
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun hesablanmasına nəzarət edilməsi
  • Pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının aparılması
  • Faktiki xərclərin büdcə ilə müqayisəsi, aradakı fərqlərin təhlili və araşdırılması
  • Proqnozlaşdırılan maliyyə hesabatlarının hazırlanması və hesabatların təhlil edilməsi
  • Daxili və xarici auditlə işin təşkil edilməsi
  • İnzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi
  • Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsi
  • Daxili hesabat sisteminin inkişafına töhfə verilməsi və prosesin davamlı olaraq təkmilləşdirilməsi
  • Vergi qanunvericiliyini və yenilikləri izləyərək uçotun optimallaşdırılması istiqamətində müvafiq təkliflərin verilməsi

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil (maliyyə-mühasibatlıq və ya iqtisadi ixtisaslar üzrə)
  • Sahə üzrə 1-5 il iş təcrübəsi
  • MS Office və Power BI proqramlarında yaxşı işləmək bacarığı
  • ACCA FA, FR və PMS arzuolunandır
  • Dil bilikləri: İngilis və rus dili - yaxşı səviyyədə
  • Komanda işi
  • Hesablama və riyazi bacarıqlar
  • Nəticəyönümlülük
  • Analitik düşüncə
  • Məsuliyyətlilik

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi
  • İş vaxtı: 09:00 – 18:00

Müraciət qaydası

  • CV vacancy@tabib.gov.az ünvanına göndərilməlidir
  • Mövzu sətrində “Maliyyə departamenti – məsləhətçi / aparıcı / böyük məsləhətçi” qeyd olunmalıdır
  • Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.