banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

TƏBİB tabeliyində olan tibb müəssisələrinə şüa diaqnostikası üzrə həkim (rentgenoloq) vəzifəsi üzrə vakant yer elan edir

locationIconŞəhər
Bakı
timeIconSon müraciət
10.11.2024

Biz nə təklif edirik:

  • Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələri

Bizim üçün uyğun namizəd:

  • Ali tibb təhsili
  • Qüvvədə olan sertifikasiya şəhadətnaməsi (ixtisas üzrə)

Tələb olunan sənədlər:

  • Şəxsiyyəti təsdiq edən sənədin surəti
  • Əsas (baza ali) tibb təhsili haqqında sənədin surəti (diplom), xaricdə təhsil almış namizədlərin ali tibbi təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla)
  • Xarici dövlətlərdə təhsil alan şəxslər üçün işə buraxılma haqqında şəhadətnamənin surəti (namizədin işə qəbulunun rəsmiləşdirilməsi zamanı tələb olunacaq)
  • Sertifikasiya şəhadətnaməsinin surəti (sertifikasiyadan keçməkdən qanunvericiliklə nəzərdə tutulmuş azadolma halları istisna olmaqla)

Müraciət qaydası

  • CV cv@tabib.gov.az ünvanına göndərilməlidir
  • Mövzu sətrində müraciət etdiyiniz vəzifənin adı və iş yeri (Şüa diaqnostikası üzrə həkim-BBSM) qeyd olunmalıdır
  • Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsabiqəyə dəvət olunacaqlar.
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.