banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Şirvan Şəhər Mərkəzi Xəstəxanasında neyrocərrahi əməliyyatların icrasına başlanılıb

loader

Regionlarda fəaliyyət göstərən tibb müəssisələrində müasir səhiyyə infrastrukturunun formalaşdırılması, əhalinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, göstərilən ixtisaslaşdırılmış tibbi xidmətlərin təkmilləşdirilməsi və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam edir.

 

Şirvan Şəhər Mərkəzi Xəstəxanasında neyrocərrahi əməliyyatların icrasına başlanılıb. Əvvəllər əsasən paytaxtda yerləşən ixtisaslaşmış tibb müəssisələrində, o cümlədən paytaxtdan dəvət olunmuş mütəxəssislər tərəfindən həyata keçirilən bir sıra neyrocərrahi xidmətlər bundan sonra xəstəxanada yeni formalaşdırılmış komanda tərəfindən icra olunacaq.

 

Tibb müəssisəsində neyrocərrahi xidmətlərin icrasına başlayan yeni heyətin ilk cərrahi əməliyyatı uğurla başa çatıb. Əməliyyat xəstəxanaya ağır vəziyyətdə hospitalizasiya olunan 1984-cü il təvəllüdlü rayon sakini (qadın) üzərində həyata keçirilib. Pasiyent xəstəxanaya yerləşdirilərkən ona L5–S1 fəqərələri arasında yerləşən disk yırtığı diaqnozu təyin edilib və tibb müəssisəsinin həkim-neyrocərrahı Natiq Vəliyevin rəhbərliyi ilə mikrodiskektomiya əməliyyatının icrasına qərar verilib. Əməliyyatdan sonra pasiyentin vəziyyəti stabil olub, bərpa prosesində müsbət dinamika müşahidə olunub. Zəruri tibbi xidmətlər göstərilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

loader
loader
loader
loader