2025-ci ilin ilk rübü (yanvar-mart) ərzində TƏBİB-in “815” Çağrı mərkəzinə ümumilikdə 32 180 zəng daxil olub.
Müraciətlərdən 31 161 zəng müvafiq olaraq dərhal cavablandırılıb, 1 019 müraciət isə Çağrı xidməti şöbəsi tərəfindən araşdırılması üçün qəbul edilib. 452 müraciətlə bağlı vətəndaşlara müvafiq izahatlar verilib, 502 müraciətlə bağlı məsələ həll edilib, 66 müraciət isə elektron sənəd dövriyyəsi üzərindən rəsmiləşdirilərək aidiyyəti üzrə yönləndirilib.
Daxil olan müraciətlərin mövzusu, əsasən, müayinə və müalicənin təşkili, əlillik məsələləri, dərman təminatı, tibbi heyət və tibbi xidmətdən şikayət, kadr məsələləri, tibbi arayış və sənədlərin verilməsi ilə bağlı olub.
Qeyd edək ki, TƏBİB-in “815” Çağrı Mərkəzi 2022-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. Mərkəzin yaradılmasında əsas məqsəd daxil olan müraciətlərin çevik cavablandırılması, aidiyyəti üzrə yönləndirilməsi və ən əsası, vətəndaş məmnunluğunun təmin edilməsidir.
Vətəndaşlar TƏBİB-in Çağrı Mərkəzi ilə əlaqə saxlamaqla yanaşı, yazılı müraciətləri birbaşa quruma təqdim edə, qurumun rəsmi internet səhifəsi (https://tabib.gov.az/vetendashlar-ucun/elektron-muraciet), eləcə də info@tabib.gov.az elektron poçt ünvanı üzərindən onlayn şəkildə müraciətlərini ünvanlaya bilərlər.
TƏBİB-in Çağrı mərkəzinə cari ilin ilk rübündə 32 mindən çox müraciət daxil olub
Digər xəbərlər
Anar Bayramov Xızı rayonunda vətəndaşları qəbul edib
25.05.2026
TƏBİB-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin üzvləri ilə görüş keçirilib
25.05.2026
“Sağlam və xoşbəxt uşaqlar” layihəsi həyata keçirilib
01.06.2026
WUF13-ün keçirildiyi günlərdə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində çalışıb
23.05.2026
Ağdaş rayonunda Aşağı Nemətabad Ailə Sağlamlıq Mərkəzinin açılışı olub
20.05.2026
TƏBİB-in tabeli tibb müəssisələrində çalışan hüquqşünaslar üçün onlayn təlimlər keçirilib
19.05.2026
TƏBİB-in İcraçı direktoru Anar Bayramov vətəndaş qəbulu qrafikinə uyğun olaraq 25 may 2026-cı il tarixində Xızı rayonunda Xızı və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək
14.05.2026
TƏBİB-in dəstəyi ilə III Beynəlxalq Fiziotexnoterapiya Konqresi keçirilib
05.05.2026
Ümumdünya Əl Gigiyenası Günü ilə əlaqədar maarifləndirici təlimlər keçirilib
05.05.2026
TƏBİB əməkdaşları Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da iştirak edib
04.05.2026