banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Ötən il yenidən istifadəyə verilən Xətai Tibb Mərkəzinin Ginekologiya və doğum şöbəsində 1000-dən çox pasiyentə xidmət göstərilib

loader

TƏBİB vətəndaşların tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə tibb müəssisələrinin maddi-texniki bazasının yenilənməsi və təkmilləşdirməsini davam etdirir.

Ötən ilin aprel ayında əsaslı təmir-bərpa işlərindən sonra açılışı olan Xətai Tibb Mərkəzinin Ginekologiya və doğum şöbəsində bu müddətdə 1094 nəfər stasionar şəraitdə müayinə və müalicə olunub. Onlardan 673-ü müxtəlif ginekoloji əməliyyat, 359-u isə təbii və cərrahi doğuşdur. Bu dövr ərzində şöbənin fəaliyyətində ana və uşaq ölümü qeydə alınmayıb.

Qeyd edək ki, əvvəllər yalnız Ginekologiya şöbəsi kimi fəaliyyət göstərən bu bölmə yenidənqurma və təmir-bərpa işlərindən sonra Ginekologiya və doğum şöbəsi kimi xidmətə başlayıb.

Şöbədə 9 ginekoloq, 4 neanotoloq, 10 tibb bacısı fəaliyyət göstərir.

Xətai Tibb Mərkəzinin ikinci mərtəbəsində yerləşən və 22 çarpayıdan ibarət şöbə 2 əməliyyat bloku, 1 doğum bloku, kiçik əməliyyat, 2 manipulyasiya, doğuşa qəbul, ginekologiyanın qəbul, 1 avtoklav və sterilizasiya, yenidoğulmuşların intensiv terapiya, ultrasəs müayinəsi və kolposkopiya otaqları var.

Şöbə ən müasir tibbi avadanlıq və cihazlarla - anesteziya (narkoz) aparatı, neonatal süni tənəffüs aparatı, isidicili uşaq bələmə masası, perfusomat, infusomat, xəstə başı monitor, EKG aparatı, kolposkop, əməliyyat masası, vakuum aspirasiya cihazı, süni tənəffüs aparatı, küvəz, avtoklav, sterilizator və s. təchiz edilib.

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader