banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Sabunçu Tibb Mərkəzinin yeni Şüa-diaqnostika şöbəsinin açılışı baş tutub

loader

Açılış mərasimində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova və digər rəsmi şəxslər iştirak edib.

Mərkəzdə həyata keçirilən yeniliklər, Şüa-diaqnostika şöbəsinin fəaliyyəti və yaradılan şəraitlə bağlı məlumat verən N. Bəşirova bildirib ki, bu yeniliklər sayəsində göstərilən tibbi xidmətin keyfiyyəti yüksəldiləcək və vətəndaş məmnunluğu daha da artırılacaq”.

Yeni şöbə tibbi texnologiyanın ən müasir avadanlıqları ilə təchiz edilib. Amerika istehsalı olan kompüter tomoqrafiyası (KT) cihazı (128 Kəsitli General Electric (GE) Optima 660), Almaniya istehsalı maqnit-rezonans tomoqrafiyası (MRT), Koreya istehsalı doppler ultrasəs diaqnostika (USM) və ürəyin ulturasəs müayinəsi üçün exokardioqrafiya (EXO) aparatları stasionar, ambulator şəkildə müraciət edəcək pasiyentlərin istifadəsinə verilib.

Yeni Şüa-diaqnostika şöbəsində 4 həkim, 4 radioloji texnik olmaqla, ümumilikdə 15 nəfər tibbi heyət xidmət göstərəcək.

Həmçinin şöbədə 2 həkim otağı, arxiv otağı, gözləmə zalı və qeydiyyat bölməsi də yerləşir.

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader