banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

TƏBİB-in tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunublar

loader

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar təyin ediliblər. 

Ağdaş Rayon Mərkəzi Xəstəxanasına İntiqam İbrahimov, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına Namiq Həsənov, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına isə Elçin Bilalov direktor vəzifəsinə təyinat alıb. 

Ağdaş Rayon Mərkəzi Xəstəxanasının direktoru İntiqam İbrahimov ixtisasca otorinolarinqoloqdur. O, bu təyinatadək Ağdaş Rayon Mərkəzi Xəstəxanasının direktor müavini – baş həkim vəzifəsini icra edib. 

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Namiq Həsənov ixtisasca cərrahdır. Yeni təyinatınadək Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri kimi fəaliyyət göstərib. 

Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının direktoru Elçin Bilalov ixtisasca terapevtdir. O, bundan əvvəl Ağdaş Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Tofiqi Ailə Sağlamlıq Mərkəzinin müdiri vəzifəsində çalışıb. 

Yeni direktorlar kollektivə təqdim olunub, vəzifələrinin icrasına başlayıblar.  

loader
loader
loader
loader
loader