banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Mərkəzi Neftçilər Xəstəxanasının yeni açılan şöbəsində qısa zamanda 100-dən çox pasiyentə xidmət göstərilib

loader

TƏBİB vətəndaşların keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığını təmin etmək və xidmət keyfiyyətini yüksəltmək məqsədi ilə tibb müəssisələrinin maddi-texniki bazasını yeniləmək və təkmilləşdirməkdə davam edir. Artıq bir sıra xəstəxanalarda həyata keçirilən bu proses öz effektini verməkdədir.

Bir neçə ay bundan əvvəl əsaslı təmir-bərpa işlərindən sonra açılışı olan Mərkəzi Neftçilər Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində qısa zamanda 100-dən çox pasiyentə xidmət göstərilib.

İlin əvvəlindən bu günə qədər şöbəyə xəstəxananın digər şöbələrindən vəziyyəti ağır qiymətləndirilən 42, qəbul şöbəsindən isə 71 xəstə daxil olub və onlara reanimasiyon xidmətlər göstərilib.

Məlumat üçün bildirək ki, yenidənqurma işlərindən sonra şöbə yeni və ən müasir tibbi avadanlıqlar, cihazlarla təchiz olunub. Belə ki, şöbə hemodializ və süni tənəffüs aparatları, tam təminatlı kardiomonitorlar, infuzomatlar, perfuzorlar, videolarinqoskop, sorucu cihaz, defibrilyator, çoxfunksiyalı çarpayılar, portativ rentgen, USM, EXO cihazları, qan qızdırıcı, havalı döşəklər və s. ilə təmin olunub.

Hazırda şöbədə 21 həkim anestezioloq-reanimatoloq çalışır.

Xatırladaq ki, Mərkəzi Neftçilər Xəstəxanasının nəzdində Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin açılışı 2023-cü ilin 18 dekabrında olub.

loader
loader
loader
loader
loader
loader
loader