banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Quba Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə çənə sınığının açıq reduksiyası əməliyyatı icra olunub

loader

Regionlarda əhalinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, göstərilən ixtisaslaşdırılmış tibbi xidmətlərin təkmilləşdirilməsi və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində TƏBİB tərəfindən işlər davam etdirilir.

Ötən ilin sonlarında  Quba Rayon Mərkəzi Xəstəxanasının nəzdində yaradılan Regional Travmatoloji Mərkəzdə üz-çənə əməliyyatlarının icrasına başlanılıb.

İlk dəfə 42 yaşlı pasiyent üzərində həyata keçirilən əməliyyat üz-çənə cərrahı Vəlican Abbasov, rekonstruktiv-plastik cərrah Tərlan Hacızadə və həkim-reanimatoloq-anestezioloq Paşa Məmmədovun iştirakı ilə icra olunub. 3 saata yaxın davam edən əməliyyat uğurla başa çatıb və xəstənin hazırkı vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Qeyd edək ki, xaricdə təhsil alan və daha əvvəl Bakıda özəl tibb müəssisələrində çalışan Dr. Vəlican Abbasov və Tərlan Hacızadə 08.02.2024-cü il tarixindən etibarən Quba Rayon Mərkəzi Xəstəxanasının Travmatoloji Mərkəzində fəaliyyətə başlayıblar.

Məlumat üçün bildirək ki,  yeni yaradılan Regional Travmatoloji Mərkəzdə region üzrə -  Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarının əhalisinə ixtisaslaşdırılmış tibbi xidmət, o cümlədən müvafiq profil üzrə mürəkkəb klinik hallar zamanı konsultativ-diaqnostik yardım göstərilir.

Mərkəzin fəaliyyətinin əsas məqsədi regionda yaşayan əhalinin müvafiq profil üzrə ixtisaslı tibbi xidmətə əlçatanlığının təmin edilməsidir.

İndiyədək yalnız paytaxtda fəaliyyət göstərən ixtisaslaşmış tibb müəssisələrində icrası mümkün olan bir sıra mürəkkəb travmatoloji əməliyyatlar artıq bu mərkəzdə də həyata keçirilir. 

loader
loader
loader
loader
loader