banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

TƏBİB üçün region xəstəxanalarının inkişafı prioritetdir

loader

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının İnvaziv kardiologiya və Ürək-damar cərrahiyyəsi şöbələrində son bir ildə 1 500-ə yaxın pasiyentə xidmət göstərilib.

TƏBİB ölkəmizdə tibbi xidmətin müasir standartlar səviyyəsinə yüksəldilməsi, xidmət əlçatanlığının təmin edilməsi, tibb müəssisələrinin fəaliyyətinin davamlı olaraq modernləşdirilməsi və optimallaşdırılması istiqamətində intensiv işlər görür.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının nəzdində fəaliyyət göstərən İnvaziv kardiologiya və Ürək-damar cərrahiyyəsi şöbələrinə müraciət edən vətəndaşların sayı artıb. 2023-cü ilin fevral ayından xidmətə başlayan hər iki şöbədə son bir il ərzində ümumilikdə, 1 500-ə yaxın pasiyentə xidmət göstərilib.

Fəaliyyətə başladığı gündən indiyədək xəstəxananın İnvaziv kardiologiya şöbəsində 1 400-dən çox pasiyent qəbulu olub ki, onlardan da 570 nəfərinə stent qoyulub, 830 xəstəyə isə angioqrafiya xidmətləri göstərilib. Bu qısa zaman içərisində region xəstəxanası üçün kifayət qədər böyük göstəricidir.

Qeyd edək ki, bir kardioloq, dörd invaziv kardioloq və bir terapevt həkimin çalışdığı, eləcə də ən son tibbi avadanlıqlarla təmin olunan bu şöbəyə müraciət edən vətəndaşların sayı hər keçən gün artır.
Tibb müəssisəsinin Ürək-damar cərrahiyyəsi şöbəsinə isə bu dövr ərzində ümumilikdə 68 pasiyentin stasionar qəbulu həyata keçirilib. 6 xəstəyə klapan dəyişilmə, 62 xəstəyə aorta koronar şuntlama əməliyyatı icra olunub.

Uzman həkimlər tərəfindən 4 pasiyentə ürəkdaxili cihaz implantasiyası, 3 pasiyentə ürək ritminin ablasiya ilə invaziv müalicəsi icra edilib.

Xatırladaq ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının nəzdində İnvaziv kardiologiya və Ürək-damar cərrahiyyəsi şöbələrinin açılışı 2023-cü ilin 3 fevralında olub.

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader