banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Respublika Neyrocərrahiyyə Xəstəxanasında mürəkkəb və riskli əməliyyat uğurla icra olunub

loader

53 yaşlı qadın pasiyent Respublika Neyrocərrahiyyə Xəstəxanasına solda görmənin itməsi səbəbilə müraciət edib.

Ətraflı müayinələrdən sonra həkim-neyrocərrah Elşən Hüseynzadə tərəfindən pasiyentə sol yuxu arteriyasının nəhəng paraklinoid anevrizması diaqnozu qoyulub.

Çətin və riskli olan nəhəng anevrizmanın kliplənməsi əməliyyatı prosesində həkim-neyrocərrahlar Elşən Hüseynzadə, Ələsgər Həsrətov, Rasim Quliyev və gənc həkim-neyrocərrahlar Vüsal Məmmədov, Firuzə Yusifli iştirak ediblər.

Bu cərrahi əməliyyat Respublika Neyrocərrahiyyə Xəstəxanasında ilk dəfə icra olunub. Uğurla nəticələnən əməliyyatdan sonra pasiyentin görməsində əhəmiyyətli yaxşılaşma müşahidə olunub və zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

 

loader
loader
loader
loader