banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Sabunçu Tibb Mərkəzində ağır travmatoloji əməliyyat (qırıqların osteosintez əməliyyatı) uğurla icra olunub

loader

Baş vermiş yol-nəqliyyat hadisəsindən sonra Zaqatala Rayon Mərkəzi Xəstəxanasından Sabunçu Tibb Mərkəzinə təxliyə olunan və müxtəlif növ bədən xəsarətləri alan 1991-ci il təvəllüdlü (kişi cinsli) pasiyent üzərində ağır travmatoloji əməliyyat (qırıqların osteosintez əməliyyatı) həyata keçirilib.

Mərkəzdə yeni işə başlayan uzman travmatoloqlar Kənan Mirizadə və Səid Orucov tərəfindən icra olunan əməliyyat uğurla başa çatıb.

Xəstə multitravmalarla - qabırğa qırıqları, ağciyər toxumalarının kontuziyası, qismən atelektaz, döş körpücük sümüyünün önə çıxığı, aşağı ətraflarda hər iki topuğun qırığı, sol tərəfdə qamış sümüyü cisminin seqmentar qırığı, sağ əlin daraq sümüyünün qırığı diaqnozu ilə əməliyyata alınıb.

Hazırda pasiyentin vəziyyəti stabil qiymətləndirilir.