Təcili tibbi yardım xidmətinin operativliyinin artırılması, xüsusilə nəqliyyat sıxlığının müşahidə olunduğu ərazilərdə və pik saatlarda vətəndaşlara daha çevik ilkin tibbi yardımın göstərilməsi məqsədilə TƏBİB tərəfindən yeni “Ambucycle” xidmət modelinin tətbiqinə başlanılıb.
Ölkədə ilk dəfə olaraq motosikletlərin təcili tibbi yardım xidmətinə cəlb olunduğu bu model hadisə yerinə daha qısa müddətdə çatmağı və həyati əhəmiyyət daşıyan ilk dəqiqələrdə tibbi müdaxilənin göstərilməsini hədəfləyir. Xidmət modeli ilkin mərhələdə pilot olaraq Bakı şəhərində tətbiq olunacaq.
“Ambucycle” zəruri tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş, xüsusi hazırlıq keçmiş feldşer tərəfindən idarə olunur. Motosiklet briqadası hadisə yerində ürək-ağciyər reanimasiyası (BLS və ALS), ürəyin qapalı masajı, defibrilyasiya, ağrının aradan qaldırılması, sınıqlar zamanı immobilizasiya və digər təxirəsalınmaz tibbi müdaxilələri həyata keçirmək imkanına malikdir. Zərurət yarandıqda isə pasiyentin vəziyyətinə uyğun olaraq tamtəchizatlı təcili tibbi yardım briqadasının hadisə yerinə cəlb olunmasını koordinasiya edir.
Feldşerlər İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Tədris-Simulyasiya və Akkreditasiya Mərkəzində, Yeni Klinikada, eləcə də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində müvafiq nəzəri və praktiki təlimlərdən keçiblər.
Bu xidmət modeli İsrail, Böyük Britaniya kimi ölkələrdə uğurla tətbiq olunur və təcili tibbi yardımın hadisə yerinə çatma müddətinin azaldılması, kritik hallarda erkən tibbi müdaxilənin təmin edilməsi baxımından öz effektivliyini sübut edib.
“Ambucycle” xidmət modelinin tətbiqi təcili tibbi yardım xidmətinin əlçatanlığının və operativliyinin artırılmasına xidmət edəcək. Pilot mərhələnin nəticələri qiymətləndirildikdən sonra xidmət modelinin tətbiq coğrafiyasının genişləndirilməsi nəzərdən keçiriləcək.
TƏBİB təcili tibbi yardımda yeni “Ambucycle” xidmət modelinin tətbiqinə başlayır
Digər press-relizlər
Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb
30.09.2026
Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb
28.09.2026
Xocavənd rayonunda təcili tibbi yardım bölməsi istifadəyə verilib
17.09.2026
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
22.10.2026
Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laporoskopik adrenalektomiya əməliyyatı icra olunub
22.10.2026
Mərkəzi Neftçilər Xəstəxanasında vaxtında və düzgün müdaxilə pasiyentin həyatını xilas edib
21.10.2026
Anar Bayramov Quba Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub
19.10.2026
Anar Bayramov Quba rayonunda vətəndaşları qəbul edib
16.10.2026
Təcili tibbi yardım xidmətində müasir rəqəmsal texnologiyaların tətbiqinə başlanılır
16.10.2026
TƏBİB kənd tibb məntəqələrini müasir tibbi müayinə köşkləri ilə təchiz edir
16.10.2026
