banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsi əsaslı təmirdən sonra istifadəyə verilib

loader

TƏBİB tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirir.

Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsi əsaslı təmir olunaraq yenidən istifadəyə verilib.

Əsaslı təmirdən sonra baş tutan açılış mərasimində TƏBİB-in Təlim və tədqiqatlar departamentinin rəhbəri Teymur Mirzəbəyli, Ağstafa Rayon Mərkəzi Xəstəxanasının direktoru Səyyad Yusifov, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Müşfiq Hüseynov, xəstəxana əməkdaşları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edib.

Təcili tibbi yardım şöbəsinin fəaliyyəti barədə məlumat verən Ağstafa Rayon Mərkəzi Xəstəxanasının direktoru Səyyad Yusifov bildirilib ki, əsaslı təmir işlərinə 2025-ci ilin avqust ayında başlanılıb və şöbə strukturunun təkmilləşdirilməsinə, müasir tələblərə uyğunlaşdırılmasına çalışılıb.

Təmir zamanı xəstələrin vəziyyətlərinin ağırlıq dərəcələrinə görə çeşidlənməsi üçün triaj (tibbi çeşidləmə) sahəsi yaradılıb. Sürətli, effektiv və keyfiyyətli tibbi yardımın göstərilməsinin təmin edilməsi üçün qırmızı, sarı və yaşıl sahələr ayrılıb.

Bunlardan əlavə pediatrik yardım, kiçik cərrahi əməliyyat və müdaxilə, o cümlədən təcili doğum otaqları yaradılıb.

Təmir zamanı şöbəyə mərkəzləşdirilmiş oksigen sistemi quraşdırılıb və binadan kənarda stansiya yaradılıb. Eyni zamanda şöbənin elektrik və istilik sistemləri də yenidən qurulub. Şöbə yeni tibbi avadanlıqlarla təchiz edilib.

 

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader