banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Kəlbəcər rayonunda vətəndaşlar səyyar tibbi müayinələrə cəlb olunub

loader

TƏBİB tərəfindən işğaldan azad olunmuş ərazilərdə məskunlaşan şəxslərin yerində müşahidəsini aparmaq və vətəndaşların tibbi xidmətlərə əlçatanlığını təmin etmək məqsədilə zəruri tibbi tədbirlər görülür.

 

Həyata keçirilən tibbi tədbirlər zamanı ahıl və həssas qruplara daxil olan şəxslər, eləcə də uşaq, hamilə və zahı qadınlara xüsusi diqqət yetirilir, zərurət yarandığı təqdirdə onların ixtisaslı tibb müəssisələrinə yönləndirilməsi təmin olunur.

Növbəti səyyar tibbi müayinələr Kəlbəcər rayonunda baş tutub.

Bərdə Rayon Mərkəzi Xəstəxanasının səyyar həkim briqadası tərəfindən (cərrah, nefroloq, endokrinoloq, pediatr, terapevt, kardioloq, nevropatoloq, laborant, oftalmoloq, USM mütəxəssisi və s.) sakinlər tibbi müayinələrə cəlb edilib.

Səyyar tibbi müayinələr zamanı ümumilikdə 100-dən çox rayon sakininə 200-ə yaxın tibbi xidmət göstərilib.

Bununla yanaşı, müayinələrə cəlb olunan sakinlərə ölkəmizin səhiyyə sahəsində həyata keçirilən yeniliklər və tibbi xidmətlərə əlçatanlığın təmin edilməsi istiqamətində görülən işlərlə bağlı məlumatlar verilib.

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader