banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Laçın rayonunun Zabux kəndində həkim məntəqəsi fəaliyyətə başlayıb

loader

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən qurumların əməkdaşlarına, eləcə də məskunlaşan əhaliyə təxirəsalınmaz tibbi yardım göstərilməsi və digər səhiyyə xidmətlərinin təşkili məqsədilə zəruri tədbirlər görülür.

Ən müasir tələblərə cavab verən səhiyyə ocaqlarının inşası işğaldan azad olunan ərazilərin dirçəldilməsi istiqamətində həyata keçirilən kompleks abadlıq-quruculuq işlərinin mühüm tərkib hissələrindən biridir. İşğaldan azad edilən ərazilərdə TƏBİB tərəfindən tibbi xidmətlərin təşkili işləri də sürətlə həyata keçirilir.

Göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması, tibb müəssisələrinin maddi-texniki bazasının genişləndirilməsi, vətəndaşların tibbi xidmətə əlçatanlığının təmin olunması işləri uğurla davam etdirilir.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müvafiq əmrinə əsasən Laçın Rayon Mərkəzi Xəstəxanasının nəzdində Zabux kənd həkim məntəqəsi yaradılıb.

800 nəfər sakini olan Zabux kəndinin həkim məntəqəsində ilkin tibbi xidmətlərin təşkil olunması nəzərdə tutulur.

Tibb müəssisəsində 1 həkim (məntəqə müdiri), 3 orta tibb işçisi fəaliyyət göstərəcək.

Qeyd edək ki, məntəqə binası təmirdən sonra istifadəyə verilib və 4 otaqdan ibarətdir. Tibb məntəqəsi zəruri avadanlıq, tibbi sərf və dərmanlarla təchiz olunub.

Məlumat üçün bildirək ki, hazırda Şuşa və Laçında modul tipli xəstəxanalar, Zəngilan rayonunun Ağalı kəndi, Hadrut qəsəbəsi və Cəbrayıl şəhərində ailə sağlamlıq mərkəzləri fəaliyyət göstərir.

 

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader