banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Ümumi məlumat

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu Qaydası”nın icrasını təmin etmək məqsədilə Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi”nin (VSİS) “İşə qəbul” altsistemi hazırlanaraq istifadəyə verilib.
Dövlət tibb müəssisələrinə işə qəbul prosesinin rəqəmsallaşdırılmasında məqsəd şəffaflıq və aşkarlığın təmin olunması, habelə namizədlərin sənədlərinin elektron qaydada vaxt itkisi olmadan operativ olaraq təqdim edilməsi imkanlarının yaradılmasıdır.Tibb işçiləri Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində öz ixtisaslarına uyğun mövcud vakansiyalar barədə məlumatı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi internet saytında (https://sehiyye.gov.az/tibb-iscileri/insan-resurslari , eləcə də TƏBİB-in rəsmi internet saytında (www.tabib.gov.az) Karyera bölməsinə keçid edərək əldə edə bilərlər.
Qeyd edək ki, tibb işçilərinin işə qəbulu vakant vəzifənin olduğu tibb müəssisəsi tərəfindən müsahibə əsasında aparılır. Müsahibənin iki forması mövcuddur: daxili və ümumi müsahibə. Tibb müəssisəsinin rəhbəri vəzifədə yüksəliş yolu ilə vakant vəzifənin tutulması məqsədilə daxili müsahibənin keçirilməsi üçün vakansiya yarandığı gündən 3 (üç) iş günü müddətində qərar qəbul edir. Daxili müsahibə nəticəsində vakant vəzifə tutulmadıqda tibb müəssisəsinin rəhbərinin qərarı ilə həmin vəzifə ümumi müsahibəyə çıxarılır.
Həm daxili, həm ümumi müsahibədə iştirak etmək üçün namizəd  https://sehiyye.gov.az   saytında vakansiya elan edilən gündən etibarən 15 (on beş) iş günü müddətində VSİS-nin müvafiq altsistemində şəxsi kabinet yaradaraq qeydiyyatdan keçir və uyğun vakansiyaları seçərək, öz ərizəsini təsdiq edir.
Nazirlik tərəfindən VSİS-nin müvafiq altsistemi vasitəsilə namizədin təqdim etdiyi sənədlərin düzgünlüyü qeydiyyat üçün nəzərdə tutulan müddətin bitdiyi tarixdən 5 (beş) iş günü müddətində avtomatlaşdırılmış qaydada yoxlanılır. Sənədlərin avtomatlaşdırılmış qaydada yoxlanması müsbət nəticələndikdə elektron poçt və ya şəxsi kabineti vasitəsilə müsahibəyə buraxılması barədə namizədə, vakansiyanın aid olduğu tibb müəssisəsinə və tibb müəssisəsinin tabe olduğu quruma məlumat verilir. Təqdim edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə 1 (bir) iş günündən gec olmayaraq məlumat verilir və ya göndərilir.
Tibb müəssisəsi tərəfindən yaradılmış müvafiq komissiya tərəfindən namizədin potensial imkanlarından istifadə etməyin mümkünlüyünün aşkara çıxarılması və vəzifəyə uyğunluğunun hərtərəfli qiymətləndirilməsi aparılır.

Vakansiyalar

search_img
Ümumi müsahibə

TƏBİB-in tabeliyində olan tibb müəssisələrində həkim və orta tibb vəzifələri üzrə elan olunmuş vakant yerlər barədə məlumat əldə etmək üçün linkə keçid edin.