banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

TƏBİB tabeli tibb müəssisələrində qrip əleyhinə vaksinasiya davam edir

loader

Qrip əleyhinə inaktivləşdirilmiş vaksinlər mövsümi olaraq, xüsusilə qrip ağırlaşmalarının meydana çıxma riski yüksək olduğu hallarda uşaqların və böyüklərin qripdən qorunmasına kömək edir.

Ölkəyə Səhiyyə Nazirliyi tərəfindən yeni gətirilən qrip əleyhinə vaksinlər Niderland istehsalı olan 4 valentli peyvəndlərdir. Əvvəlcədən doldurulmuş birdəfəlik şpris şəklində istehsal edilir.

Bu peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və Avropa Şurasının (AŞ) tövsiyələrinə müvafiqdir. Peyvənd böyüklərə və 6 aydan yuxarı olan uşaqlara təyin etmək üçün nəzərdə tutulub.

Qeyd edək ki, qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə TƏBİB tabeli rayon mərkəzi xəstəxanalarında,  Bakı şəhəri üzrə isə müəyyən olunmuş müvafiq ilkin səhiyyə müəssisələrində ödənişsiz olaraq yararlana bilər.

Bu günədək olan statistikaya əsasən, 2023-cü il payız-qış mövsümündə əldə edilən peyvəndlərlə, TƏBİB tabeliyində olan tibb müəssisələri üzrə 1804 nəfərin vaksinasiyası aparılıb. 314 nəfər Bakı və Abşeron ərazisində, 1490 nəfər isə regionlar üzrə qrip əleyhinə peyvənd olunub. Peyvənd olunan əhali qruplarının təxminən 6%-ni 18 yaşadək uşaqlar, 88%-ni 18-65 yaş arası, 6%-ni 65 yaşdan yuxarı əhali qrupu təşkil edir.

Bakı şəhəri üzrə mövsümi qrip peyvəndinin vurulma məntəqələri
Rayon Tabeli tibb müəssisəsi
Səbail 1 saylı şəhər poliklinikası
2 saylı şəhər poliklinikası
33 saylı şəhər poliklinikası
34 saylı şəhər poliklinikası
 

 

Yasamal 3 saylı şəhər poliklinikası
16 saylı şəhər poliklinikası
19 saylı şəhər poliklinikası
39 saylı şəhər poliklinikası
 

 

Nəsimi 5 saylı şəhər poliklinikası
20 saylı şəhər poliklinikası
1 saylı uşaq poliklinikası
12 saylı uşaq poliklinikası
 

 

Binəqədi 9 saylı şəhər poliklinikası
10 saylı şəhər poliklinikası
15 saylı şəhər poliklinikası
25 saylı şəhər poliklinikası
35 saylı şəhər poliklinikası
20 saylı uşaq poliklinikası
21 saylı uşaq poliklinikası
Xocasən Sağlamlıq Mərkəzi
 

 

Nizami 44 saylı şəhər poliklinikası (18 saylı Birləşmiş Şəhər Xəstəxanası)
46 saylı şəhər poliklinikası (32 saylı Birləşmiş Şəhər Xəstəxanası)
26 saylı şəhər poliklinikası
17 saylı uşaq poliklinikası
19 saylı uşaq poliklinikası
 

 

Nərimanov 4 saylı şəhər poliklinikası
37 saylı şəhər poliklinikası
7 saylı uşaq poliklinikası
14 saylı uşaq poliklinikası
 

 

Xətai 14 saylı şəhər poliklinikası (22 saylı Birləşmiş Şəhər Xəstəxanası)
6 saylı şəhər poliklinikası
7 saylı şəhər poliklinikası
28 saylı şəhər poliklinikası
38 saylı şəhər poliklinikası
8 saylı uşaq poliklinikası
Zığ Sağlamlıq Mərkəzi
 

 

Suraxanı 23 saylı şəhər poliklinikası
24 saylı şəhər poliklinikası
42 saylı şəhər poliklinikası (13 saylı Birləşmiş Şəhər Xəstəxanası)
43 saylı şəhər poliklinikası(15 saylı Birləşmiş Şəhər Xəstəxanası)
16 saylı uşaq poliklinikası
8 saylı Birləşmiş Uşaq Xəstəxanası
 

 

Sabunçu 12 saylı şəhər poliklinikası
21 saylı şəhər poliklinikası
22 saylı şəhər poliklinikası
36 saylı şəhər poliklinikası
Nardaran Sağlamlıq Mərkəzi (8 saylı Şəhər Xəstəxanası)
Bilgəh Sağlamlıq Mərkəzi (28 saylı Birləşmiş Şəhər Xəstəxanası)
Kürdəxanı Sağlamlıq Mərkəzi
21 saylı Birləşmiş Şəhər Xəstəxanası
 

 

Xəzər 45 saylı şəhər poliklinikası ( 31 saylı Birləşmiş Şəhər Xəstəxanası)
14 saylı Birləşmiş Şəhər Xəstəxanası
Zirə Sağlamlıq Mərkəzi
 

 

Qaradağ 13 saylı şəhər poliklinikası
32 saylı şəhər poliklinikası
41 saylı şəhər poliklinikası (9 saylı Birləşmiş Şəhər Xəstəxanası)
23 saylı Birləşmiş Şəhər Xəstəxanası
 

 

Pirallahı Pirallahı Tibb Mərkəzi