banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

TƏBİB Hüquq departamentinin Korporativ hüquq şöbəsinin aparıcı məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir

locationIconŞəhər
Bakı
timeIconSon müraciət
20.07.2026

Görəcəyiniz işlər:

  • Normativ hüquqi akt layihələrini təşəbbüs və ya tapşırıq qaydasında hazırlamaq, Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ hüquqi aktlara uyğunluğunu yoxlamaq, habelə hüquqi ekspertizasını həyata keçirmək
  • Dövlət orqanlarından (qurumlarından) vizalanma, ilkin və təkrar razılaşdırılma üçün göndərilən normativ hüquqi akt layihələrini hüquqi analiz edərək, rəy və təkliflər hazırlamaq
  • “Normativ hüquqi aktlar” informasiya sisteminə (NAİS) normativ hüquqi akt layihələrini daxil etmək, icraatda olan layihələrin razılaşdırılma və vizalanma proseslərini izləmək və onların icra vəziyyətinə nəzarət etmək
  • Normativ hüquqi akt layihələri ilə bağlı yerli qanunvericiliyi analiz etmək, çatışmazlıq və boşluqları müəyyən etmək, habelə xarici ölkələrin təcrübəsini öyrənmək və milli qanunvericiliklə beynəlxalq qanunvericiliyi müqayisəli şəkildə təhlil etmək
  • TƏBİB-in fəaliyyətinə birbaşa və ya dolayı təsir edən hüquqi aktlarda baş verən dəyişiklikləri izləmək və yeniliklər barədə məlumat vermək
  • TƏBİB-in struktur bölmələrindən, tabeli müəssisələrdən, vətəndaşlardan, dövlət və qeyri-dövlət orqanları (qurumları), müəssisə, idarə və təşkilatlarından göndərilmiş müraciət və sorğuları, habelə digər hüquqi məsələləri tam, vaxtında və obyektiv araşdırmaq, təhlil etmək və müvafiq cavab məktubunu tərtib etmək
  • Daxili normativ sənədlərin (təlimat, qayda, əsasnamə və s.) layihələrini hazırlamaq, hüquqi ekspertizasını həyata keçirmək
  • TƏBİB-in fəaliyyəti prosesində qarşıya çıxan məsələlərə dair hüquqi məsləhətlər vermək, arayış və rəylər hazırlamaq

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil: Hüquq sahəsi üzrə ali təhsil
  • İş təcrübəsi: Hüquq sahəsi üzrə 2 il
  • Komputer biliyi: MS Office proqramlarında sərbəst işləmək bacarığı
  • Sahə üzrə sertifikatların olması arzuolunandır
  • Dil bilikləri: İngilis dili arzuolunandır
  • Komandada işləmə
  • Məsuliyyətlilik, dürüstlük, çeviklik
  • Analitik düşüncə, planlaşdırma, nəticəyönümlülük
  • Səlis və işgüzar ünsiyyət bacarığı
  • Məxfilik prinsiplərinə riayət edilməsi

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi
  • İş vaxtı seçim əsasında: 08:00 – 17:00; 09:00 – 18:00; 10:00 – 19:00

Müraciət qaydası

  • CV vacancy@tabib.gov.az ünvanına göndərilməlidir
  • Mövzu sətrində “Korporativ hüquq şöbəsi/Aparıcı məsləhətçi” qeyd olunmalıdır
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.