Struktur bölmələrin insan resursları ehtiyaclarının müəyyənləşdirilməsi və vakansiyalar üzrə işə qəbul prosesinin tam dövrünün (elan, axtarış, seçim, müsahibə və təklif mərhələləri) idarə edilməsi
TƏBİB İnsan resursları departamentinə məsləhətçi, aparıcı məsləhətçi və böyük məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir
Şəhər
BakıSon müraciət
19.07.2026Görəcəyiniz işlər:
- Struktur bölmə rəhbərləri ilə əməkdaşlıq edərək işçi ehtiyaclarının planlaşdırılması və optimal kadr təminatının təşkili
- Yeni işçilərin adaptasiya (onboarding) prosesinin təşkili və izlənilməsi
- Əmək qanunvericiliyinə uyğun olaraq işə qəbul, vəzifə dəyişikliyi, əmək müqavilələrinə dəyişiklik, məzuniyyət, ezamiyyət və əmək münasibətlərinə xitam proseslərinin icra edilməsi
- İnsan resursları fəaliyyəti ilə bağlı daxil olan vətəndaş və təşkilat müraciətlərini əmək qanunvericiliyi, digər normativ hüquqi aktlar və daxili qaydaların tələblərinə uyğun araşdırmaq, müvafiq rəy və cavab layihələrini hazırlamaq
- Əmək münasibətləri ilə bağlı yaranan məsələlər üzrə qüvvədə olan qanunvericiliyin tətbiqini təmin etmək, struktur bölmələrə metodiki və konsultativ dəstək göstərmək
- İnsan resursları sahəsini tənzimləyən normativ hüquqi aktların tətbiqini izləmək, qanunvericilikdə baş verən dəyişiklikləri təhlil etmək və onların daxili proseslərdə tətbiqi ilə bağlı təkliflər vermək
- Kadr sənədlərinin hazırlanması, rəsmiləşdirilməsi və qanunvericiliyin tələblərinə uyğun aparılmasının təmin edilməsi
- ƏMAS və digər aidiyyəti dövlət informasiya sistemləri üzərindən əməliyyatların həyata keçirilməsi
- İnsan resursları prosesləri üzrə daxili prosedur, qayda və normativ sənədlərin hazırlanması və təkmilləşdirilməsində iştirak edilməsi
- İnsan resursları göstəricilərinin təhlili, hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
- İnsan resursları üzrə layihələrin və inkişaf təşəbbüslərinin icrasında iştirak edilməsi
Bizim üçün uyğun namizəd:
- Ali təhsil: hüquq, humanitar, sosial, iqtisadiyyat, idarəetmə və ya müvafiq sahə üzrə ali təhsil
- İş təcrübəsi: İnsan resursları sahəsi üzrə 3-4 il
- ƏMAS, elektron sənəd dövriyyəsi və digər dövlət portalları ilə işləmə bacarığı
- Əmək qanunvericiliyini və kadr sənədləşməsini bilmək
- Komputer biliyi: MS Office proqramlarında (Word, Excel, PowerPoint) işləmək bacarığı
- Sertifikat: SHRM / HRCI arzuolunandır
- Dil bilikləri: İngilis dili arzuolunandır
- Komandada işləmə
- Məsuliyyətlilik, dürüstlük, çeviklik
- Analitik düşüncə, planlaşdırma, nəticəyönümlülük
- Səlis və işgüzar ünsiyyət bacarığı
Əlavə məlumatlar:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi
- İş vaxtı seçim əsasında: 08:00 – 17:00; 09:00 – 18:00; 10:00 – 19:00
Müraciət qaydası
- CV vacancy@tabib.gov.az ünvanına göndərilməlidir
- Mövzu sətrində “İR məsləhətçi/aparıcı/böyük məsləhətçi” qeyd olunmalıdır
- Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik
hüquqi şəxsi (TƏBİB) təhlükəsizlik səbəbindən bu domenlərdən
məktub qəbul etmir:
yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com.
Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt
ünvanlarından göndərəsiniz.