“Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən satınalmalarının bütün mərhələlərinin icra edilməsi
TƏBİB İnzibati idarəetmə departamentinin Satınalma və təchizat şöbəsinə Böyük məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir
Şəhər
BakıSon müraciət
17.02.2025Görəcəyiniz işlər:
- Fəaliyyət istiqaməti ilə bağlı illik satınalmaların planlaşdırılması və təhlili
- İş planında nəzərdə tutulmuş satınalmaların vaxtında və keyfiyyətli şəkildə həyata keçirilməsi (bütün metodlardan istifadə edilməklə)
- Satınalma haqqında qanunvericiliyin müntəzəm olaraq izlənilməsi
- TƏBİB tabeli tibb müəssisələrindən daxil olan satınalma və təchizat xarakterli məktubların qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına nəzarət edilməsi və icrası
- Müqavilə əsasında yerinə yetirilməli olan tapşırıqların icrasına nəzarət edilməsi
- Hesabatlılığın aparılması
Bizim üçün uyğun namizəd:
- Ali təhsil (İqtisadi sahələri üzrə)
- Ümumi 5 il, sahə üzrə 3 il iş təcrübəsi
- Kompüter bilikləri: Microsoft Office – sərbəst işləmək bacarığı
- “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununu ilə bağlı sertifikatın olması arzuolunandır
- etender.gov.az internet portalından istifadə edə bilmək bacarığı
- Komandada işləmə bacarığı
- Məsuliyyətlilik
- İntizamlılıq
- Nəticəyönümlülük
- Stressə davamlılıq
- Təşəbbüskarlıq
Əlavə məlumatlar:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi
- İş vaxtı: 09:00 – 18:00
Müraciət qaydası
- CV vacancy@tabib.gov.az ünvanına göndərilməlidir
- Mövzu sətrində “Satınalma və təchizat şöbəsi - Böyük məsləhətçi” qeyd olunmalıdır
- Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik
hüquqi şəxsi (TƏBİB) təhlükəsizlik səbəbindən bu domenlərdən
məktub qəbul etmir:
yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com.
Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt
ünvanlarından göndərəsiniz.