banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

TƏBİB Təlim və tədqiqatlar departamentinin Tibb müəssisələrində təlimlərin idarəolunması şöbəsinə baş məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir

locationIconŞəhər
Bakı
timeIconSon müraciət
16.02.2025

Görəcəyiniz işlər:

  • Təlim və inkişaf ehtiyaclarının araşdırılması və işçilər üçün fərdi inkişaf planının hazırlanması
  • Əməkdaşlıq üçün müraciət etmiş kənar təlim təşkilatları ilə zərurət yarandığı halda xidməti danışıqların aparılması
  • Təlim layihələri və proqramları tərtib edilərkən bütün təşkilati işlərin qaydasında olmasına nəzarət edilməsi
  • Cari və planlaşdırılan layihələrin təlimçilərinin öncədən müəyyən edilməsi və ikitərəfli qaydada razılaşdırılması
  • Plandan kənar təlimə göndərilmə ilə bağlı müraciətlərin araşdırılması
  • Təlim proqramlarının və təlimçilərin effektivliyinin qiymətləndirilməsi, təkmilləşdirilməsi üçün sorğuların təşkil edilməsi
  • Təlim modullarının və proqramlarının dizayn edilməsi
  • Test bazasını formalaşdırılması və yenilənməsi
  • Elektron təlim (E-learning) prosesinin təşkil edilməsi
  • Təlimlərə dair müxtəlif komissiyalar və işçi qrupları ilə əməkdaşlıq edilməsi
  • Fəaliyyətin müxtəlif parametrlər üzrə qiymətləndirilməsi

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil (tibbi, iqtisadi və ya idarəetmə)
  • Sahə üzrə minimum 5 il iş təcrübəsi
  • Kompüter bilikləri: Microsoft Office – sərbəst
  • Dil bilikləri: İngilis dili və rus dili – sərbəst
  • İdarəetmə
  • Komandada işləmə bacarığı
  • Vaxtın idarə olunması
  • Mentorluq
  • Problem həll etmə
  • Qərar vermə
  • Planlama və təşkiletmə

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi
  • İş vaxtı: 09:00 – 18:00

Müraciət qaydası

  • CV vacancy@tabib.gov.az ünvanına göndərilməlidir
  • Mövzu sətrində “Tibb müəssisələrində təlimlərin idarəolunması şöbəsi - baş məsləhətçi” qeyd olunmalıdır
  • Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.