banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

TƏBİB Beynəlxalq əlaqələr departamentinin Xarici dövlətlərlə iş şöbəsinə Aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir

locationIconŞəhər
Bakı
timeIconSon müraciət
15.02.2025

Görəcəyiniz işlər:

  • Şöbənin fəaliyyət istiqamətinə uyğun olaraq yaradılmış komissiyalarda, işçi qruplarında, komitələrdə iştirak edilməsi
  • Beynəlxalq əməkdaşlıq üzrə fəaliyyətləri ikitərəfli plan, proqram və ya digər layihələr çərçivəsində icra edilməsi
  • Nümayəndə heyətlərinin səfərləri ilə əlaqəli işlərin icra edilməsi
  • Departamentin fəaliyyət istiqaməti üzrə tədbirlərdə iştirak edilməsi
  • Xarici ölkələrin təcrübələri əsasında təkliflərin hazırlanması
  • Beynəlxalq sənədlərin hazırlanması
  • Xarici ölkələrlə əməkdaşlıq üzrə fəaliyyət barədə hesabatların hazırlanması
  • Xarici ölkələrin səhiyyə sistemi və əlaqəli sahələr üzrə araşdırmaların aparılması

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil (Beynəlxalq münasibətlər, politologiya və oxşar sahələr üzrə)
  • Sahə üzrə minimum 3 il iş təcrübəsi
  • Dil bilikləri: Rus və ingilis dili – yaxşı
  • Kompüter bilikləri: Microsoft Office – yaxşı
  • Protokol məsələləri üzrə məlumatlı olması
  • Komandada işləmə bacarığı
  • Məsuliyyətlilik
  • İntizamlılıq
  • Nəticəyönümlülük
  • Analitik düşünmə qabiliyyəti
  • Kommunikasiya bacarığı
  • Problem həll etmə

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi
  • İş vaxtı: 09:00 – 18:00

Müraciət qaydası

  • CV vacancy@tabib.gov.az ünvanına göndərilməlidir
  • Mövzu sətrində “Xarici dövlətlərlə iş şöbəsi – Aparıcı məsləhətçi” qeyd olunmalıdır
  • Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.