banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Uşaqların icbari dispanserizasiyası çərçivəsində 3 400-ə yaxın uşaq müayinələrə cəlb edilib

loader

TƏBİB “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın icrası istiqamətində tədbirləri davam etdirir.

Şirvan, Qusar, Gəncə, Oğuz, Qobustan və Astarada keçirilən müayinələr zamanı ümumilikdə 3 375 uşaq ilkin müayinələrə cəlb edilib.

Şirvan Şəhər Mərkəzi Xəstəxanasının tibb heyəti tərəfindən 1 060, Qusar Rayon Mərkəzi Xəstəxanası tərəfindən 860, Gəncə Şəhər Birləşmiş Xəstəxanası tərəfindən 213, Oğuz Rayon Mərkəzi Xəstəxanası tərəfindən 173, Qobustan Rayon Mərkəzi Xəstəxanası tərəfindən 102, Astara Rayon Mərkəzi Xəstəxanası tərəfindən 967 uşaq ilkin müayinələrdən keçirilib.

Müayinələr zamanı xəstəlik aşkarlanan uşaqlarla bağlı məlumatlar həm məktəb rəhbərliyinə, həm də valideynlərə təqdim olunub. Şagirdlərə ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə müraciət edərək geniştərkibli müayinələrdən keçmək və aşkarlanmış xəstəliklərin müalicəsinə başlamaq tövsiyə edilib.

Qeyd edək ki, uşaqların icbari dispanserizasiyası Azərbaycan Respublikası Prezidentinin 5 mart 2013-cü il tarixli Fərmanına uyğun olaraq həyata keçirilir.

İcbari dispanserizasiyanın əsas məqsədi uşaqlar, o cümlədən məktəblilər arasında xəstələnmə hallarının, sağlamlıq imkanlarının məhdudluğunun və ölüm səviyyəsinin azaldılmasıdır.

Dispanserizasiya çərçivəsində uşaqlara illik profilaktik baxışlar aparılır. Onlar hər il bir və ya bir neçə ixtisas üzrə mütəxəssislər – həkim-pediatr, həkim-stomatoloq, həkim-nevroloq, həkim-ümumi cərrah, həkim-endokrinoloq, həkim-uroloq, həkim-oftalmoloq, otorinolarinqoloq, həkim-dermatoloq və digər həkimlər tərəfindən diaqnostik, laborator müayinələrə cəlb edilirlər.

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader