banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Nizami Tibb Mərkəzində Whipple əməliyyatının icrasına başlanılıb

loader

 

Nizami Tibb Mərkəzinin ümumi cərrahiyyə komandası tərəfindən icra olunan Whipple əməliyyatı (pankreatoduodenal rezeksiya) uğurla başa çatıb.

62 yaşlı pasiyent üzərində həyata keçirilən mürəkkəb cərrahi əməliyyat təxminən 5 saat davam edib. Əməliyyat zamanı pasiyentin onikibarmaq bağırsağı, mədəaltı vəzin baş hissəsi, ümumi öd axarının distal hissəsi və öd kisəsi xaric edilib. Daha sonra həzm sisteminin davamlılığının təmin olunması məqsədilə mədəaltı vəzin qalan hissəsi ilə bağırsaq, ümumi öd yolu ilə bağırsaq, həmçinin mədə ilə bağırsaq arasında cərrahi anastomozlar yaradılıb.

Əməliyyat Nizami Tibb Mərkəzinin Cərrahiyyə şöbəsinin müdiri, ümumi cərrahlar Firdovsi Rüstəmov və Qüdrət Qəhrəmanov tərəfindən icra olunub.

Əməliyyatdan sonra 2 həftə ərzində stasionar şəraitdə müalicə alıb. Vəziyyəti qənaətbəxş qiymətləndiriildikdən sonra o, ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, ümumi cərrahiyyənin ən mürəkkəb əməliyyatlarından biri hesab olunan Whipple əməliyyatı əsasən mədəaltı vəzin baş hissəsindəki şişləri, onikibarmaq bağırsağı, öd kisəsini və bəzən mədənin bir hissəsini xaric etmək üçün icra olunan mürəkkəb cərrahi prosedurdur.

Məlumat üçün bildirək ki, Nizami Tibb Mərkəzində Whipple əməliyyatı icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində həyata keçirilib.

loader
loader
loader
loader