banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

“Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda elmi-praktiki dəyirmi masa keçirilib

loader

“Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda elmi-praktiki dəyirmi masa keçirilib

Səhiyyə Nazirliyi, Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi, TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı ilə “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda elmi-praktiki dəyirmi masa keçirilib.

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, professor Kamran Musayev çıxışında bildirib ki, Qafqazda ilk ürək transplantasiyasına həsr olunmuş dəyirmi masanın əsas məqsədi ölkəmizdə orqan transplantasiyasının əhəmiyyətini ön plana çıxarmaqdır. O qeyd edib ki, ötən il Azərbaycan səhiyyə tarixi üçün unudulmaz bir mərhələ olub və ilk dəfə olaraq ölkəmizdə kadavradan orqan transplantasiyası həyata keçirilib. 
Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov qeyd edib ki, Azərbaycan səhiyyəsindəki ən mühüm nailiyyətlərdən biri ürək transplantasiyasıdır və bu prosesin uğuru üçün tibbi, mənəvi, hüquqi və psixo-emosional aspektlərin nəzərə alınması vacibdir.
Akademik vurğulayıb ki, 2020-ci ildə Milli Məclisin Səhiyyə komitəsi tərəfindən beynəlxalq transplantasiya standartlarına uyğun yeni qanun layihəsi hazırlanaraq qəbul olunub və həmin ilin oktyabrında Prezident İlham Əliyev tərəfindən təsdiqləndikdən sonra bu sahədə praktiki icra mərhələsinə keçilib.
Səhiyyə nazirinin müavini Nadir Zeynalov çıxışı zamanı bildirib ki, ürək transplantasiyası illər ərzində görülmüş sistemli və ardıcıl işlərin məntiqi nəticəsidir. O vurğulayıb ki, hazırlıq mərhələləri, infrastruktur və yaradılan mexanizmlər bu uğurun əsasını təşkil edib və hadisə Azərbaycan səhiyyəsi üçün tarixi əhəmiyyət kəsb edir. 
Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova çıxış edərək bildirib ki, orqan donorluğu sisteminin qurulması üçün ilk növbədə möhkəm hüquqi baza yaradılıb. 
Mərkəz rəhbəri qeyd edib ki, bütün mərhələlərdə aparılan maarifləndirmə fəaliyyəti prosesin uğurla həyata keçirilməsində həlledici əhəmiyyət daşıyıb. Bu istiqamətdə ali təhsil müəssisələrində tələbələrlə görüşlər təşkil olunub, həmçinin TƏBİB-in tabeliyində fəaliyyət göstərən 159 mənbə xəstəxana prosesə aktiv şəkildə cəlb edilib.
Yeganə Abbasova bildirib ki, 4 avqust 2023-cü ildən transplantasiya əməliyyatlarının icbari tibbi sığortanın xidmətlər paketinə daxil edilməsi bu sahənin inkişafında mühüm mərhələ olub.
Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədr müavini Günay Abbasova “Donor ol – həyat bəxş et” mövzusunda məruzəsində orqan donorluğunun cəmiyyət üçün həyati əhəmiyyətindən geniş bəhs edib. 
Ürək transplantasiyası əməliyyatı keçirmiş pasiyent Rəşad Məmmədəliyev tədbirdə iştirak edərək ona ikinci həyat bəxş edən donor ailəsinə dərin minnətdarlığını bildirib, eyni zamanda, həkimlərin diqqətini və fədakarlığını qeyd edib.

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader