banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Ağcabədi, Beyləqan, Bərdə və Xaçmaz rayonlarında səyyar tibbi müayinələr təşkil edilib

loader

TƏBİB ahıl və həssas qruplara daxil olan şəxslərin, uşaq, hamilə və zahı qadınların yerində müşahidəsini aparmaq, tibbi xidmətlərə əlçatanlığı təmin etmək, o cümlədən icbari tibbi sığortanın yaratdığı imkanlar çərçivəsində təqdim olunan xidmətlərlə bağlı maarifləndirmə işinin gücləndirilməsinə dəstək məqsədilə kənd yerlərində tibbi müayinə tədbirlərini davam etdirir.

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının həkim heyətinin iştirakı ilə rayonun Nəcəfqulubəyli kəndində, Beyləqan Rayon Mərkəzi Xəstəxanasının həkimlərinin iştirakı ilə rayonun Dünyamalılar və Bolsulu kəndlərində, Bərdə Rayon Mərkəzi Xəstəxanasının həkimlərinin iştirakı ilə rayonun Kətəlparaq və Piyadalar kəndlərində, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının həkimlərinin iştirakı ilə rayonun Aşağı Zeyid kəndində sakinlərin səyyar tibbi müayinəsi təşkil edilib.

Rayon mərkəzi xəstəxanalarının müxtəlif ixtisaslı həkimləri (terapevt, pediatr, ginekoloq, laboratoriya, şüa-diaqnostika həkimi və s.) tərəfindən icbari tibbi sığorta çərçivəsində ümumilikdə 170-ə yaxın sakinə (uşaqlar da daxil olmaqla) 300-dən çox tibbi xidmət göstərilib.

Müayinələr zamanı ixtisaslı tibbi xidmətlərə ehtiyacı yaranan sakinlərin aidiyyəti tibb müəssisələrinə yönləndirilməsi təmin edilib.

Bununla yanaşı, müayinələrə cəlb olunan sakinlərə ölkəmizin səhiyyə sahəsində həyata keçirilən yeniliklər və tibbi xidmətlərə əlçatanlığın təmin edilməsi istiqamətində görülən işlərlə bağlı məlumatlar verilib.

 

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader