Bu fəaliyyət çərçivəsində icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan minimal invaziv (qapalı) əməliyyatların davamlı icrasına başlanılıb.
Xəstəxanada yeni yaradılan "Minimal İnvaziv Cərrahiyyə Mərkəzi" ən müasir tibbi avadanlıqlarla təchiz olunub.
Burada əməliyyatlar Türkiyənin qabaqcıl tibb müəssisələrində ixtisaslaşmış uzman cərrahlar tərəfindən həyata keçirilir.
Artıq Qazax Rayon Mərkəzi Xəstəxanasında laporoskopik xolesistektomiya (öd kisəsinin çıxarılması), laporoskopik appendektomiya və qasıq yırtığının qapalı üsulla ləğvi (TAPP) kimi müdaxilələr intensiv olaraq icra olunmaqdadır.
Qeyd edək ki, minimal invaziv cərrahiyyənin tətbiqi xəstələrin əməliyyatdan sonrakı dövrü daha rahat keçirməsinə, ağrı hissinin minimuma enməsinə və qısa müddət ərzində aktiv həyata qayıtmasına imkan verir.
Eyni zamanda kiçik cərrahi müdaxilə sayəsində infeksiya riski minimuma enir, yüksək kosmetik nəticə əldə olunur və xəstəxanada yatış müddəti qısalaraq pasiyentlərin reabilitasiya prosesi sürətlənir.