banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Akademik Zülfüqar Məmmədov adına xəstəxananın Terapiya şöbəsi əsaslı şəkildə yenidən qurulub

loader

TƏBİB-in dəstəyi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Akademik Zülfüqar Məmmədov adına xəstəxananın Terapiya şöbəsi əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib.

 

Tibb müəssisələrində əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması məqsədilə yenidənqurma işlərinin aparılması, yeni şöbələrin yaradılması, köhnə və şəraitsiz şöbələrin müasir standartlara uyğunlaşdırılması, həmçinin yararsız tibbi avadanlıqların müasir cihazlarla əvəz olunması istiqamətində ardıcıl tədbirlər davam etdirilir.

 

Bu tədbirlər çərçivəsində sözügedən xəstəxananın Terapiya şöbəsi əsaslı şəkildə yenilənib. Yenilənmiş şöbə 40 çarpayılıq olmaqla, müasir tibbi standartlara cavab verən şəraitlə təmin edilib. Şöbədə 5 həkim, 24 tibb bacısı və 22 kiçik tibb işçisi fəaliyyət göstərir.

 

Şöbədə tibbi heyət tərəfindən xəstələrə həm stasionar, həm də ambulator tibbi xidmətlər göstərilir. Yaradılan müasir infrastruktur və peşəkar tibbi heyətin fəaliyyəti sayəsində müalicə prosesinin daha səmərəli və effektiv təşkili təmin olunub.

 

Qeyd edək ki, aparılan yenidənqurma işləri əhalinin keyfiyyətli tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsini və xidmət səviyyəsinin yüksəldilməsini hədəfləyir.

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader