banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Astara, Tərtər, Ağdaş və Goranboy rayonlarında səyyar tibbi müayinələr təşkil edilib

loader

Astara, Tərtər, Ağdaş və Goranboy rayonlarında sakinlər üçün səyyar tibbi müayinələr təşkil olunub. Belə ki, Astara Rayon Mərkəzi Xəstəxanasının həkim heyəti Kijəbə kəndində, Tərtər Rayon Mərkəzi Xəstəxanasının həkimləri Seydimli kəndində, Ağdaş Rayon Mərkəzi Xəstəxanasının həkimləri Orta Ləki kəndində, Goranboy Rayon Mərkəzi Xəstəxanasının həkim heyəti isə Baxçakürd kəndində əhaliyə tibbi xidmət göstərib.

Rayon mərkəzi xəstəxanalarının müxtəlif ixtisaslı həkimləri (həkim-terapevt, həkim-pediatr, həkim-mama-ginekoloq, şüa diaqnostikası üzrə həkim və d.) tərəfindən icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ümumilikdə 230-dan çox sakinə (uşaqlar da daxil olmaqla) 360-dan çox tibbi xidmət göstərilib.

Müayinələr zamanı ixtisaslı tibbi xidmətlərə ehtiyacı yaranan sakinlərin aidiyyəti tibb müəssisələrinə yönləndirilməsi təmin edilib.

Eyni zamanda müayinələrə cəlb olunan sakinlərə ölkəmizin səhiyyə sahəsində həyata keçirilən yeniliklər və tibbi xidmətlərə əlçatanlığın təmin edilməsi istiqamətində görülən işlərlə bağlı məlumatlar verilib.

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader