banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

“Mentor Klinika” layihəsi çərçivəsində Şamaxıda ilk dəfə travmatoloji əməliyyat icra olunub

loader

TƏBİB-in “Mentor Klinika” layihəsi çərçivəsində Respublika Klinik Xəstəxanasının Şamaxıya ezam olunmuş tibbi heyəti tərəfindən Şamaxı Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə travmatoloji əməliyyat icra olunub.

Cərrahi prosedur yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1994-cü il təvəllüdlü (kişi) pasiyent üzərində həyata keçirilib.

Pasiyentə sol üçbaşlı əzələ vətərinin dirsək oynağı səviyyəsində tama yaxın qopması diaqnozu təyin olunub və vətər təmiri (plastikası) əməliyyatı tövsiyə olunub.

Əməliyyat həkim-travmatoloq-ortoped Cavid İlyaszadə, həkim-cərrah Cavid Fərəcli, eləcə də Şamaxı Rayon Mərkəzi Xəstəxanasının həkim-anestezioloq-reanimatoloqu Səməd Fətəliyev tərəfindən icra olunub.

Hazırda pasiyentin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.

Qeyd edək ki, “Mentor Klinika” layihəsi çərçivəsində Respublika Klinik Xəstəxanasının 40-dan çox həkimi yanvar ayı ərzində mərhələli şəkildə Şamaxı Rayon Mərkəzi Xəstəxanasında fəaliyyət göstərəcək.

Həkimlər tibb müəssisəsində kadr çatışmazlığı müşahidə olunan travmatoloq-ortoped, cərrah, neonatoloq, anestezioloq-reanimatoloq, şüa-diaqnostikası üzrə həkim, terapevt, mama-ginekoloq və d. ixtisasları əhatə edəcək.

loader
loader
loader
loader