banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Sabunçu Tibb Mərkəzində endoprotez əməliyyatlarının icrasına başlanıldı

loader

Endoprotez əməliyyatları icra edən TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin sayı 10-a çatıb. Hazırda bu əməliyyatın həyata keçirildiyi müəssisələrin sayının daha da artırılması və vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl işlər davam etdirilir.

 

Bu gündən etibarən Sabunçu Tibb Mərkəzində də endoprotez əməliyyatlarının icrasına başlanılıb. Tibb mərkəzində ilk dəfə icra olunan endoprotez əməliyyatı uğurla başa çatıb.

 

66 yaşlı pasiyent üzərində həyata keçirilmiş bud-çanaq oynağının total artroplastikası (endoprotez) əməliyyatı icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanıb.

 

Yıxılma nəticəsində sağ bud sümüyünün boyun sınığı diaqnozu ilə müraciət edən pasiyentə müvafiq müayinələrdən sonra sağ bud sümüyünün boynunun subkapital sınığı diaqnozu təyin olunub və cərrahi əməliyyata qərar verilib.

 

Əməliyyat xəstəxananın Travmatologiya-ortopediya şöbəsinin müdiri, ortoped–travmatoloq Turan İskəndərzadə tərəfindən həyata keçirilib. Əməliyyatdan sonra pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onun müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

 

Qeyd edək ki, endoprotez əməliyyatı zədələnmə, degenerativ və iltihabi xəstəliklər nəticəsində oynaqlarda yaranan dəyişikliklərin konservativ müalicə metodları ilə aradan qaldırıla bilmədiyi hallarda oynaqların tam və ya qismən süni protezlə əvəz olunmasıdır.

loader
loader
loader
loader
loader
loader
loader