banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Təcili tibbi yardım briqadası doğuş prosesini evdə icra etməli olub

loader

Xəzər rayonunda çağırışa gedən təcili tibbi yardım briqadası doğuş prosesini evdə icra etmək məcburiyyətində qalıb.

Çağırış ünvanında təcili tibbi yardım heyəti tərəfindən 38 həftəlik hamilə olan 27 yaşlı qadının doğuş prosesi idarə olunub. Doğuşun ilkin mərhələsi birbaşa yaşayış ünvanında baş verib, daha sonra isə proses təcili tibbi yardım avtomobilində nəzarətdə saxlanılıb.

Təcili tibbi yardım briqadası tərəfindən ana və yenidoğulmuşa zəruri ilkin tibbi yardım göstərildikdən sonra müvafiq tibb müəssisəsinə təxliyə olunub.

Hazırda ana və körpənin müalicəsi Xəzər Tibb Mərkəzində davam etdirilir. Körpə oğlandır, çəkisi 3 kq. 150 qr., boyu 50 sm-dir. Hər ikisinin vəziyyəti qənaətbəxş qiymətləndirilir.