banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Ümumdünya Ağciyər Sağlamlığı Gününə həsr edilən beynəlxalq elmi-praktiki konfrans keçirilib

loader

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun təşkilatçılığı ilə Ümumdünya Ağciyər Sağlamlığı Gününə həsr edilən beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Konfransda səhiyyə nazirinin müavini Nadir Zeynalov, TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Nelli Veysova, Milli Məclisin deputatı, Səhiyyə komitəsinin üzvləri Soltan Məmmədov və Pərvanə Vəliyeva, eləcə də beynəlxalq təşkilatların ekspertləri, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Belarus, Ukrayna və digər ölkələrdən alim və mütəxəssisləri iştirak edib.

Konfransda ağciyər xəstəliklərinin müasir diaqnostikası, müalicə üsulları, elmi yeniliklər və beynəlxalq əməkdaşlığın inkişafı mövzuları müzakirə olunub.

TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov vərəmlə mübarizənin dünyada aktual problemlərdən biri olduğunu vurğulayıb:

“Ümumdünya Səhiyyə Təşkilatının, bir çox təşkilat və dövlətlərin səylərinə baxmayaraq, gündəlik 4000-4500 xəstə həmin xəstəlikdən həyatını itirib. Onlardan 600-700-nün uşaqlar olub. Bu, problemin miqyasını göstərir, bizi daha əzmlə və mütəşəkkil çalışmağa sövq edir. Ölkəmizdə vərəmlə mübarizə tədbirlərində müsbət nəticələr də müşahidə edilir. Sumqayıtda xəstələrin dərmanları birbaşa evlərinə çatdırılır və videokonfrans vasitəsilə qeydə alınır. Bu da yoluxmanın qarşısının alınması üçün çox önəmlidir”.

A.İsrafilov, həmçinin qeyd edib ki, müayinələrin yerlərdə profilaktik qurğularla aparılması planlaşdırılır, xəstəliyin aradan qaldırılmasında mütəşəkkillik çox vacibdir.

Tədbirdə, həmçinin ağciyər xəstəlikləri ilə mübarizə sahəsində görülən işlər və qarşıya qoyulan məqsədlərlə bağlı fikir mübadiləsi aparılıb.

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader