banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Quba rayonunda 65 yaşdan yuxarı vətəndaşların tibbi müayinələri həyata keçirilib

loader
TƏBİB və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) təşkilatçılığı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Kapital Bankın dəstəyilə Quba rayonunda “Yaşa dolduqca, yaşa!” adlı birgə layihə həyata keçirilib.
 
Ümumilikdə 4 gün davam edən layihə çərçivəsində Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda fəaliyyət göstərən ixtisaslı tibb müəssisələrinin - Respublika Klinik Xəstəxanası, Nizami Tibb Mərkəzi, Respublika Klinik Uroloji Xəstəxanası, Respublika Endokrinoloji Mərkəz, Sumqayıt Tibb Mərkəzi və Abşeron Rayon Mərkəzi Xəstəxanasının 16 həkim-mütəxəssisi tərəfindən Quba, Qusar və Xaçmaz rayonlarının sakinləri tibb müayinələrə cəlb olunub.
 
Quba Rayon Mərkəzi Xəstəxanasında baş tutan layihə zamanı yaşı 65-dən yuxarı yaşa görə əmək pensiyası alan 500-dən çox sakinə terapevtik, kardioloji, endokrinoloji, uroloji, nevroloji, oftalmoloji, qastroenteroloji və otorinolarinqoloji, habelə laborator, ultrasəs müayinəsi (abdominal və doppler), elektrokardioqramma (EKQ), EEQ, EXO KQ xidmətlər göstərilib.
 
Tibbi müayinələr zamanı həkim-mütəxəssislər tərəfindən vətəndaşlara xəstəliklərin profilaktikası, müayinə və müalicə üsulları barədə tövsiyələr verilib.
 
Qeyd edək ki, layihə çərçivəsində, həmçinin Quba rayonunda yaşayan vətəndaşların iştirakı ilə maarifləndirici tədbir keçiriləcək. İctimai dinləmə zamanı DSMF-nin əməkdaşları Fondun fəaliyyət istiqamətləri və vətəndaşların sosial təminat hüquqları, TƏBİB-in əməkdaşları (həkimlər) sağlam həyat tərzinin təşviqinə dair, tərəfdaş kimi Kapital Bank-ın nümayəndələri isə bank məhsulları və kiberdələduzluqla mübarizə sahəsində məlumatlar verəcək, iştirakçıların sualları cavablandırılacaq.
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader