banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

III MDB Oyunları ilə əlaqədar tibbi xidmətin təşkili tam təmin olunub

loader
Gəncə şəhərində və ölkəmizin daha 6 şəhərində keçirilən III MDB Oyunlarında tibbi xidmətə ehtiyac yaranacağı hallar üzrə xidmətin təşkili tam təmin olunub.
 
Hazırda yarış keçirilən ərazilərdə təcili tibbi yardım xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
 
Tibbi xidmətə olan tələbatın yarana biləcəyi ehtimalı nəzərə alınaraq yarışların keçirildiyi şəhərlərdə – Gəncə, Mingəçevir, Qəbələ, Şəki, Göygöl, Yevlax və Xankəndidə təcili tibbi yardımın fasiləsiz və operativ təmin edilməsi məqsədilə xüsusi təşkilati tədbirlər görülüb. Ünvanlar üzrə ümumilikdə 69 təcili tibbi yardım avtomobili və 100 briqada (heyət) vətəndaşlara və yarış iştirakçılarına xidmət göstərir.
 
Yarışın start götürdüyü Gəncə şəhərində isə Gəncə Şəhər Birləşmiş Xəstəxanası tərəfindən 26 həkim və 22 tibb bacısından ibarət, ümumilikdə 48 nəfərlik tibbi heyət xidmətə cəlb olunub.
 
Yarış müddətində tibb məntəqələri lazımi tibbi avadanlıq və dərman vasitələri ilə tam təmin edilib. Tədbirin keçirildiyi müddət ərzində təhkim olunan bütün tibb işçiləri idman oyunları zamanı növbəli xidmət göstərir.
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader