banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında müasir kompüter tomoqrafiyası (KT) fəaliyyətə başlayıb

loader
TƏBİB ölkəmizdə müasir səhiyyə infrastrukturunun formalaşdırılması, tabeliyindəki tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi, xəstəxanaların ən son texnoloji avadanlıqlarla təchiz olunması istiqamətində tədbirləri davam etdirir.
 
Son dövrlər bu sahədə dövlət-özəl tərəfdaşlığı çərçivəsində də bir sıra işlər həyata keçirilir. Xüsusilə bölgə xəstəxanalarının yeni avadanlıqlarla təmin olunması və regionlarda mövcud olan tibbi texniki çatışmazlıqların aradan qaldırılması məqsədilə tədbirlər görülür.
 
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində aparılan işlərin davamı olaraq Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə kompüter tomoqrafiyası (KT) xidməti istifadəyə verilib.
 
Uzun illərdir bu xidməti almaq üçün digər şəhər və rayonlara yönləndirilən rayon sakinləri bundan sonra birbaşa Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında müasir kompüter tomoqrafiyası xidmətindən yararlanacaq.
 
Yeni quraşdırılan KT cihazı 16 kəsimli olmaqla yanaşı, kontrastlı və nativ çəkiliş, eləcə də 3D görüntüləmə, yüksək ayırdetmə və aşağı dozalı skanetmə funksionallıqlarına malikdir.
 
Xidmət ödənişsizdir, icbari tibbi sığorta çərçivəsində qarşılanır.
 
Qeyd edək ki, kompüter tomoqrafiyası daxili orqanların, sümüklərin, yumşaq toxumaların və qan damarlarının təfsilatlı görüntüsünü əldə etmək üçün istifadə olunan şüa diaqnostikası metodudur. Bu metodun əsasını rentgen şüalarının istifadəsi təşkil edir.
 
Adi rentgen müayinəsindən fərqli olaraq, kompüter tomoqrafiyası bir sıra toxumaların, həmçinin ağciyərin, sümüklərin və qan damarlarının təfərrüatlı görüntüsünü verir, görüntüləməni real zaman rejimində təmin edir. Kompüter tomoqrafiyasının köməyi ilə təyin olunmuş diaqnoz diaqnostik cərrahi müdaxiləyə və yaxud biopsiyaya ehtiyacı aradan qaldıra bilər.
loader
loader
loader
loader
loader
loader
loader
loader