TƏBİB ucqar kənd yerlərində yaşayan əhalinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, ahıl, həssas qruplara daxil olan şəxslərin və həmçinin uşaqların tibbi müayinələrə cəlb olunması, xəstəliklərin erkən diaqnostikasının aparılması və profilaktik tədbirlərin zamanında görülməsi məqsədilə “Ucqar ərazilərdə tibbi xidmət” layihəsinə başlayıb.
Layihə ilk dəfə Daşkəsən rayonunda icra olunub.
“Ucqar ərazilərdə tibbi xidmət” layihəsi çərçivəsində 900-dən çox yaxın vətəndaşa 2 350 tibbi xidmət göstərilib.
Layihənin icrası zamanı vətəndaşlarla maarifləndirici söhbət aparılıb, müxtəlif xəstəliklər barədə tövsiyələr verilib.
TƏBİB-in təşkilatçılığı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasında həyata keçirilən layihə çərçivəsində rayon əhalisinə əvvəlcədən dəvət olunan uzman və ixtisaslı həkimlər tərəfindən çoxsaylı tibbi xidmətlər göstərilib.
Tibbi müayinələrdə iştirak edən heyət Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslı tibb müəssisələri – Bakı Baş Səhiyyə Mərkəzinin nəzdindəki 4 nömrəli Şəhər Poliklinikasının, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının, eləcə də Yevlax və Göygöl rayon mərkəzi xəstəxanalarının həkimlərindən ibarət olub.
Ümumilikdə 923 vətəndaşa pediatr, terapevt, endokrinoloq, nevroloq, kardioloq, oftalmoloq və radioloq tərəfindən 2 350 tibbi xidmət göstərilib.
Layihə çərçivəsində bölgədə yaşayan həssas əhali qrupuna daxil olan müharibə iştirakçıları və şəhid ailələrinin üzvləri də tibbi müayinələrə cəlb olunub.
Həkim-mütəxəssislər vətəndaşlara zəruri tibbi məsləhətlər verib və ətraflı müayinə üçün müvafiq tibb müəssisələrinə yönləndiriblər.
Layihə çərçivəsində müayinə və müalicələrin təyin olunması tədbirləri ilə yanaşı, vətəndaşların maarifləndirilməsi üçün söhbətlər aparılıb, xəstəliklərin ağırlaşmalarının qarşısının alınmasında erkən diaqnostikanın önəmi vurğulanıb.
Qeyd edək ki, “Ucqar ərazilərdə tibbi xidmət” layihəsinin digər ucqar bölgələrdə də keçirilməsi nəzərdə tutulur.
“Ucqar ərazilərdə tibbi xidmət” layihəsinin icrasına başlanılıb
Digər xəbərlər
Leyla Əliyeva Respublika Pediatriya Mərkəzinin Nərimanov Uşaq Klinik Xəstəxanasını ziyarət edib.
04.03.2026
Xocavənd və Xocalı rayonlarına yola salınan köç karvanını təcili tibbi yardım briqadaları müşayiət edib
12.03.2026
Anar İsrafilov vətəndaşları qəbul edib
05.03.2026
TƏBİB-in dəstəyi ilə “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib
13.04.2026
Şamaxıda minimal invaziv cərrahiyyəyə həsr olunan 12-ci regional konfrans keçirilib
13.04.2026
“Mentor Klinika” layihəsi çərçivəsində bağlanmış əməkdaşlıq memorandumunun 3 aylıq fəaliyyətinin nəticələrinə həsr olunmuş hesabat iclası keçirilib
10.04.2026
TƏBİB-in İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən Anar İsrafilov qəbul qrafikinə uyğun olaraq vətəndaşları qəbul edib
09.04.2026
“Autizm spektr pozuntusu: klinik idarəetmə” vebinarı keçirilib
03.04.2026
WUF13 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşlarına ilkin tibbi yardım mövzusunda təlim keçirilib
03.04.2026
"Yenidoğulmuşlara tibbi yardım üzrə klinik protokollar" mövzusunda vebinar keçirilib
03.04.2026