Tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə yenidənqurma işlərinin həyata keçirilməsi, yeni şöbələrin yaradılması, köhnə və şəraitsiz şöbələrin yenidənqurulması, yararsız tibb avadanlıqlarının yeniləri ilə əvəz olunması və müasir standartlara uyğun tibbi cihazların quraşdırılması istiqamətində işlər davam etdirilir.
Son dövrlərdə bu istiqamətdə TƏBİB tərəfindən həyata keçirilən yeniliklərdən biri də Respublika Pediatriya Mərkəzi ilə bağlıdır. Belə ki, 2024-cü ilin sentyabr ayında Mərkəzin Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında fəaliyyətə başlayan Yenidoğulmuşların reanimasiyası şöbəsində qısa zamanda vəziyyəti kritik, ağır və orta ağır qiymətləndirilən 284 yenidoğulmuşa tibbi xidmət göstərilib. Aparılan reanimasiya tədbirləri nəticəsində vəziyyəti ağır və orta ağır qiymətləndirilən 279 yenidoğulmuşun həyatını xilas etmək mümkün olsa da, 5 yenidoğulmuşun ölüm faktı qeydə alınıb.
Müasir standartlara cavab verən 25 çarpayıdan ibarət şöbə 7 küvəz, 1 isidici çarpayı, 1 tunel tipli fototerapiya cihazı, 2 süni ventilyasiya aparatı, eləcə də portativ rentgen və ultrasəs müayinəsi üçün nəzərdə tutulmuş cihazlarla təchiz olunub.
Hazırda şöbədə 6 ixtisaslı həkim, 36 tibb bacısı, 1 baş təsərrüfat bacısı və 12 sanitar çalışır.
Qeyd edək ki, şöbədə əsasən yenidoğulmuşlarda rast gəlinən tənəffüs sistemi xəstəlikləri (respirator distres sindromu, apnoe, mekonium aspirasiyası sindromu, pnevmoniya,), infeksion xəstəliklər (TORCH infeksiyaları, neonatal sepsis, meningit), adaptasiya ilə bağlı problemlər (fizioloji sarılıq, hipoglikemiya, hipotermiya, hipokalsemiya), perinatal travmalar, anadangəlmə və irsi metabolik xəstəliklər, eləcə də vaxtından əvvəl doğulan və az çəkiyə malik körpələrin müalicəsi həyata keçirilir.
Son bir ildə Respublika Pediatriya Mərkəzinin Yenidoğulmuşların reanimasiyası şöbəsində 280-dən çox pasiyentə tibbi xidmət göstərilib
Digər xəbərlər
Anar Bayramov işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən tibb müəssisələrinə baxış keçirib
29.06.2026
Anar Bayramov Şuşa şəhərində vətəndaşları qəbul edib
30.06.2026
Anar Bayramov Şuşa Müalicə-Sağlamlıq Mərkəzi və Qarabağ Universitetini ziyarət edib
30.06.2026
Yeni Klinikada ilk laporoskopik parsial nefrektomiya əməliyyatı uğurla həyata keçirilib
14.07.2026
Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələrində “Könüllü TƏBİB” layihəsinin tətbiqinə başlanılır
13.07.2026
TƏBİB-in daha bir tabeli tibb müəssisəsində onlayn növbə sistemi istifadəyə verildi
29.06.2026
Böyrək çatışmazlığı uğurlu transplantasiya əməliyyatı ilə aradan qaldırıldı
29.06.2026
Respublika Pediatriya Mərkəzinin əməkdaşları Naxçıvanda keçirilən konfrans və müayinə aksiyasında iştirak ediblər
25.06.2026
TƏBİB tabeli tibb müəssisələrində bakteriya koloniyalarının sürətli laborator diaqnostikası tətbiq olundu
25.06.2026
Qəbələ Rayon Mərkəzi Xəstəxanasında oftalmoloji əməliyyatların icrasına başlanılıb
23.06.2026