Yeni Klinikanın nəzdində fəaliyyət göstərən TƏBİB Akademiyası və “Həkimlər və TƏBİB Tələbələr” İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Xarici Tələbələrin Tibbi Təcrübə Proqramı”nın növbəti mərhələsi uğurla yekunlaşıb.
Bir ay davam edən proqramda Türkiyə, Rumıniya, İspaniya, Əlcəzair, Çexiya, Rusiya, Şimali Kipr, Bolqarıstan, Misir, Estoniya və Macarıstandan olan 17 tibb tələbəsi iştirak edib. Tələbələr Yeni Klinikanın Ümumi cərrahiyyə, Uşaq cərrahiyyəsi, Travmatologiya, Neyrocərrahiyyə, Kardiologiya, Qastroenterologiya və Mama-ginekologiya şöbələrində nəzəri, praktiki biliklərini artırmaq imkanı əldə ediblər.
Təcrübə müddətində, həmçinin tələbələrə təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim Fəxriyyə Quliyeva tərəfindən “Basic Life Support – Təməl Yaşam Dəstəyi”, Ümumi cərrahiyyə və orqan transplantasiyası şöbəsinin uzman ümumi cərrahı, dosent Mirxalıq Cavadov tərəfindən “Akademik fəaliyyətə başlamaq” mövzularında təlimlər keçirilib.
Proqram çərçivəsində həyata keçirilən tədris xarakterli əməliyyatlarda iştirak edən tələbələrə Ümumi cərrahiyyə şöbəsinin müdiri Elşən Qədimov qasıq yırtığının laporoskopik bərpası (TAPP) cərrahi əməliyyatını icra edərək izah edib, əməliyyatın üstünlükləri, pasiyent üçün daha təhlükəsiz və minimal invaziv yanaşma olması barədə məlumat verib.
Bir ay davam edən təcrübə proqramının sonunda 17 xarici tələbə sertifikatla təltif olunub.
Proqramın uğurlu icrasında göstərdikləri peşəkarlıq və dəstəyə görə bir sıra həkimlər - təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim Fəxriyyə Quliyeva həkim-ümumi cərrah Mirxalıq Cavadov, həkim-travmatoloq Türkel Hüseynoğlu, Uşaq cərrahiyyəsi şöbəsinin müdiri Orxan Fərzəliyev, Kardiologiya şöbəsinin müdiri Şahanə Ələsgərli, həkim-neyrocərrah Azad Məlikov, Qastroenterologiya şöbəsinin müdiri Elvin Əliyev və həkim-mama-ginekoloq Ahdab Ali Azim Təşəkkürnamə ilə təltif olunublar.
Xatırladaq ki, cari ilin iyul ayında “Xarici Tələbələrin Tibbi Təcrübə Proqramı” çərçivəsində Yeni Klinikada Türkiyə, Fransa, Çexiya, Avstriya və Slovakiyadan olan gənc tibb tələbələri də təcrübə keçmək imkanı əldə ediblər.
17 xarici tələbə “Tibbi Təcrübə Proqramı”nı uğurla tamamlayıb
Digər xəbərlər
20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət olunub
19.01.2026
Nazir Yeni Robotik Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
17.12.2025
TƏBİB 2025-ci ilin yekunlarına dair brifinq keçirib
19.12.2025
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qəbul qrafikinə uyğun olaraq vətəndaşları qəbul edib
21.01.2026
Azərbaycanda insult xəstələri üçün vahid inteqrasiyalı tibbi yardım şəbəkəsinin yaradılması istiqamətində təlimlər təşkil olunub
21.01.2026
“815” Çağrı Mərkəzinə 2025-ci il ərzində 150 mindən çox zəng daxil olub
21.01.2026
Akademik Zülfüqar Məmmədov adına xəstəxananın Terapiya şöbəsi əsaslı şəkildə yenidən qurulub
16.01.2026
TƏBİB-in "Zəruri cərrahiyyə və anesteziyanın təşkili üzrə yol xəritəsi"nə uyğun olaraq, region xəstəxanalarında yüksək texnologiyalı cərrahi xidmətlərin tətbiqi genişləndirilir
16.01.2026
Astara, Tərtər, Ağdaş və Goranboy rayonlarında səyyar tibbi müayinələr təşkil edilib
15.01.2026
“Mentor Klinika” layihəsi çərçivəsində Şamaxıda ilk dəfə travmatoloji əməliyyat icra olunub
13.01.2026