banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Tibb müəssisələrində göstərilən xidmətlər vətəndaşlar tərəfindən qiymətləndirilib

loader

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində göstərilən tibbi xidmətlərdən məmnunluq dərəcəsini müəyyən etmək üçün onlayn qiymətləndirmə tətbiq olunur.

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində xidmət alan pasiyentlər tibbi xidmətlərin keyfiyyətini “e-Tabib” mobil tətbiqi vasitəsilə qiymətləndirmək imkanına malikdirlər. 2025-ci ilin ilk 6 ayı ərzində mobil tətbiq üzərindən 29 min vətəndaşın müraciəti qeydə alınıb.

Belə ki, vətəndaşlar tərəfindən 2025-ci ilin ilk 6 ayı ərzində Bakı Baş Səhiyyə Mərkəzi 4.35, Xəzər Tibb Mərkəzi 4.28, Pirallahı Tibb Mərkəzi 4.27, Respublika Endokrinoloji Mərkəz i və Gəncə Şəhər Birləşmiş Xəstəxanası 4.26, Suraxanı və Binəqədi tibb mərkəzləri 4.25, Qəbələ və Masallı rayon mərkəzi xəstəxanaları 4.24, Zərdab Rayon Mərkəzi Xəstəxanası orta hesabla 4.23 bal ilə qiymətləndirilib.

Qiymətləndirmə xidmətin effektivliyi, həkim-pasiyent münasibətlərini əhatə edib.

Qeyd edək ki, qiymətləndirmədə ən yüksək bal şkalası 5 nəzərdə tutulub.


#FəaliyyətiYüksəkQiymətləndirilənTibbMüəssisələrimiz #PasiyentMəmnuniyyəti

loader
loader
loader