banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Braziliyada Rio İqlim Fəaliyyəti Həftəsi çərçivəsində müzakirələr baş tutub

loader

TƏBİB-in Təlim və tədqiqatlar departamentinin rəhbəri Teymur Mirzəbəyli COP30-a hazırlıq çərçivəsində Braziliyanın Rio-de-Janeyro şəhərində İqlim Fəaliyyəti Həftəsində baş tutan onlayn müzakirələrdə iştirak edib.

Azərbaycan Britaniya Peşəkarları Assosiasiyası, onun təşkilat komitəsi üzvləri, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Türkiyənin Yozgat Bozok Universiteti, Böyük Britaniyanın UCL Kolleci və digər ali təhsil müəssisələrinin nümayəndələrinin də iştirakı ilə baş tutan görüşlərdə iqlim dəyişikliyinin insan sağlamlığına təsirləri müzakirə edilib.

T.Mirzəbəyli təqdimatla çıxış edərək Azərbaycanın səhiyyə sahəsində iqlim dəyişikliyinə uyğunlaşmadan, yaşıl xəstəxanaların inkişafı, səhiyyə sektorunun karbon izinin azaldılması və davamlı səhiyyə sistemlərinin qurulmasının vacibliyini vurğulayıb.

Azərbaycan Britaniya Peşəkarları Assosiasiyasının təsisçisi və sədri İlhamə Cəfərli iqlim müzakirələrinə insan perspektivlərinin inteqrasiyasının əhəmiyyətini vurğulayaraq, iqlim dəyişikliyinin genlərə, reproduktiv sağlamlığa, androgen reseptorlarına və endokrin sistemlərə təsirləri barədə çıxış edib.

Onlayn müzakirələr digər iştirakçılarının çıxışları ilə davam etdirilib.

Qeyd edək ki, tədbir iqlim dəyişikliyinin insan sağlamlığına çoxşaxəli təsirlərinin müzakirəsi və kollektiv həll yollarının axtarışı üçün mühüm platforma rolunu oynayıb.

loader
loader
loader