banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Sabirabad Regional Perinatal Mərkəzdə anadangəlmə ürək qüsurlu yenidoğulmuşlar və risk qrupuna daxil olan hamilə qadınlar kardioloji müayinələrə cəlb edilib

loader

Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində fəaliyyət göstərən Regional Perinatal Mərkəzdə anadangəlmə ürək qüsurlu yenidoğulmuşların kardioloji nəzarəti və risk qrupuna daxil olan hamilələrin fetal exokardioqrafiya müayinəsinin təşkili ilə bağlı regional tədbir keçirilib.

TƏBİB-in dəstəyilə baş tutan tədbirdə Sabirabad və ətraf rayonların tibb müəssisələrinin pediatrları, uşaq və böyüklər üzrə kardioloqları, mama-ginekoloqları və şüa-diaqnostika üzrə olmaqla, ümumilikdə 20 həkim-mütəxəsis iştirak edib.

Sumqayıt Tibb Mərkəzinin həkim-uşaq kardioloqu, Tibb müəssisələrində hamiləlik, doğuş, zahılıq dövrlərində ana ölümü, erkən neonatal dövrdə körpə ölümü və ağırlaşmış doğuş hallarının təhlili üzrə Komissiyanın üzvü Elnur İmanov tərəfindən təşkil olunan tədbir çərçivəsində 15 anadangəlmə ürək qüsurlu yenidoğulmuşun və 12 hamilə qadının kardioloji müayinəsi baş tutub.

Eyni zamanda tədbir zamanı anadangəlmə ürək qüsuru riski daşıyan şəxslərə hamiləliyin 18-22-ci həftələri arasında aparılan fetal exokardioqrafiya müayinələri icra olunub. Regionda qeydiyyatda olan anadangəlmə ürək qüsurlu uşaqların təkrar müayinəsi, kardioloji nəzarəti və ixtisaslaşdırılmış tibb müəssisələrinə yönləndirilməsi həyata keçirilib.

E.İmanov tədbir çərçivəsində həkim-mütəxəssislərlə təcrübələrini bölüşüb, həkimlərin bilik və bacarıqlarının artırılması məqsədilə qarşılıqlı fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, tədbirin məqsədi anadangəlmə ürək qüsurlarının erkən diaqnostikası, vaxtında tibbi müdaxilənin təmin olunması, eyni zamanda uşaqların həyat keyfiyyətinin artırılmasıdır.

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader