banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Ağdam və Bərdə rayonlarında səyyar tibbi müayinələr təşkil edilib

loader

TƏBİB ahıl və həssas qruplara daxil olan şəxslərin, uşaq, hamilə və zahı qadınların yerində müşahidəsini aparmaq, tibbi xidmətlərə əlçatanlığı təmin etmək, o cümlədən icbari tibbi sığortanın yaratdığı imkanlar çərçivəsində təqdim olunan xidmətlərlə bağlı maarifləndirmə işinin gücləndirilməsinə dəstək məqsədilə kənd yerlərində tibbi müayinə tədbirlərini davam etdirir.

Ağdam Rayon Mərkəzi Xəstəxanasının tibb personalının iştirakı ilə rayonun Xındırıstan kəndində, Bərdə Rayon Mərkəzi Xəstəxanasının həkim heyətinin iştirakı ilə rayonun Xəsili kəndində sakinlərin səyyar tibbi müayinəsi təşkil edilib.

Rayon mərkəzi xəstəxanalarının müxtəlif ixtisaslı həkimləri (terapevt, pediatr, ginekoloq, laboratoriya, şüa-diaqnostika həkimi və s.) tərəfindən icbari tibbi sığorta çərçivəsində iki kənd üzrə ümumilikdə 110-dan çox sakinə (uşaqlar da daxil olmaqla) 200-ə yaxın tibbi xidmət göstərilib.

Müayinələr zamanı ixtisaslı tibbi xidmətlərə ehtiyacı yaranan sakinlərin aidiyyəti tibb müəssisələrinə yönləndirilməsi təmin edilib.

Bununla yanaşı, müayinələrə cəlb olunan sakinlərə ölkəmizin səhiyyə sahəsində həyata keçirilən yeniliklər və tibbi xidmətlərə əlçatanlığın təmin edilməsi istiqamətində görülən işlərlə bağlı məlumatlar verilib.

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader